Bazar , Sentyabr 19 2021
azfa

GADTB-nin Güney Azərbaycanda 26 Azər – türkcə kitabların yandırılması və mənəvi soyqırım günü münasibətilə bildirişi

GADTB: Bu gün Azər ayının 26-ı Güney Azərbaycanda işğalçı və irqçi fars rejim tərəfindən Güney Azərbaycan türk millətinin dilində olan türkcə kitabların kütləvi şəkildə yandırılması və mənəvi soyqırım günüdür. 72 il öncə 1946-cı il dekabr ayının 17-də Güney Azərbaycanı zor gücünə işğal edən və 30000 Azərbaycan türkünü soyqırıma məruz qoyan işğalçı fars rejim mədəniyyətə zidd addım ataraq, XX əsrdə böyük bir millətin dilində olan kitabları toplayaraq kütləvi şəkildə yandırmışdır.

Şovinist fars rejim Güney Azərbaycan şəhərlərində sivilizasiyaya qarşı bu cinayətlə kifayətlənməmiş, həm də Güney Azərbaycan məktəblilərini öz ana dilində olan dərsliklərini yandırmağa məcbur etmişdir.

İşğalçı və şovinist fars rejimin Azərbaycan türk millətinə qarşı fiziki və mənəvi soyqırımı eyni dövrdə həyata keçirməkdən məqəsdi isə böyük bir milləti mümkün qədər fiziki məhv edəndən sonra, qalanlarının da kimliyini dəyişib və onlara yeni etnik (boy) kimlik aşılamaqla bütün bir milləti boyqırıma məruz qoymaq olmuşdur. Azərbaycan türk millətinə qarşı bu qeyri-insani siyasət təəssüflə bu gün də davam etdirilir.

Son 100 ilə yaxın bir dövrün təcrübəsi göstyərib ki, Azərbaycan türk millətinin zülm, ayrıseçkilik və soyqırımdan qurtarmağının yeganə yolu isə öz müstəqilliyini əldə etməkdir və Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) də bu istiqamətdə öz haqlı mübarizəsini davam etdirib, Azərbaycan türk millətini bu müqəddəs amal uğrunda birləşməyə və mübarizəni son məqsədə çatana qədər davam etdirməyə səsləyir.

Əjdər Tağızadə

Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) başqanı

Həmçinin yoxlayın

Azərbaycan qırıcıları Türkiyədə nümunəvi uçuşlar edəcək

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Azərbaycan Hərbi Hava Qüvvələrinin (HHQ) bir qrup heyəti …

Ermənistana yardım edən İran Araz qırağına qoşun yeridərək hərbi təlim keçirir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Azərbaycana qarşı Ermənistana hərbi yardım edən İran Araz …

Bir cavab yazın