Cümə , Fevral 26 2021
azfa

GADTB Xarici Əlaqələr Departamenti sədri sayın Mikayıl Oytanın Norveç görüşü və konfransı barədə açıqlaması-məruzə

GADTB: Güney Azərbaycan Demokratik Türk Birliyi Xarici Əlaqələr Departamentinin sədri sayın Mikayıl Oyta Norveçdə dövlət rəsmiləri ilə keçirdikləri görüş və konfransı barədə açıqlama verib. Sayın Mikayıl bəy Oytanın GADTB Mətbuat Mərkəzinə açıqlamasından xülasəni təqdim edirik:

Norveçdə Güney Azərbaycanın Urmiya gölü faciəsi və İran rejiminin Türk millətini assimilyasiyaya uğratması, eləcə də millətimizə qarşı iqtisadi və ekoloji cəhətdən yeritdiyi düşmən siyasətini Oslo şəhərində konfransda ifşa edilərək gündəmə gətirildi. Həmçinin dövlət, eləcə də ictimai ve siyasi təşkilatların rəhbərliyi ilə görüşlər keçirildi. Güney Azərbaycan həqiqətləri dövlət təmsilçisinə və Sosial Demokrat, eləcə də Yaşıl Partiya təmsilçilərinə çatdırılıb, GADTB-nin məktub və sənədləri onlara təqdim edildi.

İranın irqçi fars rejiminin keçen 38 ildə Güney Azərbaycan türk millətinə qarşı törətdiyi siyasi ve ekoloji problem və fəlakətlər sənədlər, şəkillər və faktlarla göstərildi.

Görüşlərdə həmçinin Güney Azərbaycan Türk Birliyinin Avstraliyada rəsmi qeydiyyata alınması və ümumiyyətlə Güney Azərbaycan türklərinin fars müstəmləkəçiliyinin başlanmasından indiyə qədər mübarizəsi, eləcə də dünyada və başga ölkələrdə Güney Azərbaycan Türk millətinin fəaliyyəti əks etdirilmişdir.

Görüşlərdə eyni zamanda faktlarla göstərildi ki, Urmiya gölündə ekoloji fəlakət fars şovinist rejiminin məqsədli siyasəti nəticəsində baş vermişdir.

Urmiya gölündə törədilən ekoloji fəlakət isə gölə yaxın ərazilərdə 20 milyon türk xalqını müxtəlif göz və ürək xəstəliklərinə, eləcə də xərçəng xəstəliklərinə və s. xəstəliklərə tutulmasına səbəb olacaq.

Konfransda Urmiya gölündə yaradılan ekoloji fəlakət və onun həll yolları, o cümlədən gölün ortasından salınan yolun ləğv edilməsi  və s. mühüm məsələlər gündəmə gətirilmişdir.

Görüşlərdə Güney Azərbaycan türk millətinin müstəqillik ideallarının haqlı olması əsaslandırılmış və bizə bu haqq yolumuzda dünya ictimaiyyətinin yardım göstərməyinin zərurəti qeyd edildi.

Hörmətlə: GADTB Xarici Əlaqələr Departamenti sədri Mikayil Oyta

Konfransda Urmiya gölü və Güney Azərbaycan həqiqətləri barədə tədqim edilən məruzələrdən nümunə: baxmaq üçün GADTB  vurun GADTB

Həmçinin yoxlayın

Bu gün 26 fevral Xocalı soyqırımının ildönümüdür

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Bu gün 26 fevral Xocalı soyqırımının ildönümüdür. Bu …

GADTB başqanı sayın Əjdər Tağızadənin AN.T kanalında “Amerika-İran ilişkilərində iranşəhri düşüncələri!” mövzusunda çıxışı-Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) başqanı sayın …

Bir cavab yazın