Cümə axşamı , Mart 28 2024
azfa

Güney Azərbaycan Demokratik Türk Birliyinin (GADTB) 21 Fevral- Dünya Ana Dili Günü münasibətilə bildirişi

GADTB: 21 Fevral Beynəlxalq Ana Dili Günüdür. 1999-cu ilin noyabrında Birləşmiş Millətlər Təşkilatı Banqladeş səfirinin təşəbbüsü ilə fevralın 21-ni Beynəlxalq Ana Dili Günü elan edib. Bu günün ana dili günü kimi elanı 1952-ci il fevralın 21-də Banqladeşin Benqal şəhərində öz ana dilinin rəsmi dil olması uğrunda mübarizə aparan 4 öyrəncinin öldürülməsi hadisəsi ilə bağlıdır.

İşğalçı fars rejim isə Güney Azərbaycanda öz dili və varlığının qorunub saxlanılması üçün onlarla Azərbaycan türkünü şəhid edib, minlərlə azərbaycanlını həbs və işgəncələrə məruz qoymuş və qoymaqdadır. Lakin tayı-bərabəri görünməmiş bu zülm Azərbaycan türk millətinin iradəsini sındıra bilməyib. Son günlərdə yüz mindən çox azərbaycanlı gəncin Təbrizdə Güney Azərbaycanın müstəqilliyi və öz müqəddəratını təyinin Azərbaycan millətinin hüququ olduğuna dair plakard qaldırıb, “Azərbaycan bir olsun, mərkəzi Təbriz olsun” və “Türk dilində mədrəsə, olmalıdır hərkəsə” şüarı səsləndirmələri buna sübutdur. Əlbəttə Azərbaycan türk millətinin övladlarının “Türk dilində mədrəsə, olmalıdır hərkəsə” şüarı səsləndirmələrindən məqsədi rejimin onsuz da əməl etmədiyi öz konstitusiyasının 15-ci maddəsi deyil, müstəqil Azərbaycan dövlətində öz dillərində təhsil almaq haqqıdır. Çünki, gərçək anlamda ana dilinin qorunması sadəcə onun siyasi coğrafiya və müstqil dövləti olduğu təqdirdə mümkündür.

Dil insan həyatında ən önəmli yerə malik olduğu üçün beynəlxalq hüquq, konvensiyalar və özəlliklə 1948-ci ildə qəbul edilən insan haqları konvensiyasında vaz keçilməz bir haqq kimi təsbit edilmişdir. Lakin Güney Azərbaycanın işğalçı və irqçi fars rejimi tərəfindən işğalı nəticəsində millətimizin təkcə dil hüquq pozulmur, bəlkə bütün hüquqları pozulur, yeraltı sərvətləri talanır, ekologiyası və tarixi abidələri məhv edilir. Azərbaycan türk millətinin artıq tək yolu var, o da müstəqillikdir.

Əjdər Tağızadə

Güney Azərbaycan Demokratik Türk Birliyinin (GADTB) başqanı

Həmçinin yoxlayın

Güney Azərbaycanda molla rejimin insan haqlarının pozmasına dair illik hesabat yayıldı

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, azərbaycanlı fəallar və Abbas Lisani adına açılmış sosial …

Urmiya bələdiyyəsi voleybol üzrə Premyer Liqanın final mərhələsinə yüksəlmək ərəfəsindədir

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə,Urmiya Bələdiyyəsinin voleybol komandası bu axşam Premyer Voleybol Liqasının …

Bir cavab yazın