Şənbə , Aprel 20 2024
azfa

Güney Azərbaycan İstiqlalçılar Birliyinin kürd qurumlarına uyarısı

GADTB: İran deyilən yerdə 100 ildən bəri hakimiyyətə gətirilən rejimlər, ərbablarının göstərişi ilə Azərbaycan və Azərbaycan türkələrinə qarşı siyasətləri, bugünkü terrorist, irqçı və işğalçı rejimin dövründə də davam etməkdədir.

Xatırlatmaq yerində olar ki, Rza Mirpənc dövründə Azərbaycanda yerli adların dəyişədirilməsinə başlandı. Bu siyasət Məhəmədrza dövründə də davam edərək, bu dəfə İraqdan olan kürdlərlə yanaşı, İran adlanan yerin başqa yerlərində yaşayan kürdləri Azərbaycanın qərb əyalətlərində yerləşədirməyə qalxdılar. Sözdə islam cüməhüuriyyəti dövəründə bu siyasət daha radikal şəkildə həyata keçirləməyə başlanmışdır. İşğalçı rejimin öz etirafına görə İran İraq savaşında Azərbaycanın qərb əylətlərinə yerləşədirilən iraqlı kürdlərin sayı 60 min nəfərdir ki, bu keçən zaman içındə, onların sayları yüz minləri aşmaqdadır. Təbii olaraq bu Qərbi Azərbaycanda böyük çətinliklər yaratmaqdadır. Əlbətə Tehran rejimi bu qonaq və qaçqın kürdlərin yalnız Azərbaycanda yerləşədirilməsi və fars məntəqələrindən uzaq tutması, tamamilə məqsədli olsa da, millətimiz insan sevərlik duyquları və yardım hisləri özünə rəhbər tutduğündan, rejimin bu cinayətkar rəftarına göz yumub, bu gələn və gətirilən qaçqınlara öz qucağında yer vermişdir. Bu gün onların İraqda muxtar dövlətləri olsa da, onlar öz vətənlərinə geri qayıtmayırlar. Və qayıtmaq da istəmirlər. Təbii olaraq onların Azərbaycanda doğulan uşaqları 35 – 40 yaşdadırlar. Hətta bu uşaqların özləri də uşaq sahibi olmuşlar. Təəssüflə onlara həqiqi vətənlərinin hara oldəğu, haradan gəldikləri deyilməyib, unutdurulmağa çalışılır. Onlara yaşadıqları qonaq evini, özlərininki kimi göstərirlər. Bu onlardan qabaqkılar üçün də keçərlidir. Keçəmiş rejim dövəründə gətirilən barzanı tayfasının üçüncü qurşağı Azərbaycan ərazisində doğulmaqdadır. Onlara da hardan gəldiklərini, haralı olduqlarını deyilmir; əkəsinə unutdurmağa çalışılır . Bu sahə də işğalçı Tehran rejimi kürd demokrat firqəsi, komolə və başqa kürd qurupları ortaq hərəkət edirlər. Ev sahibi olma iddiasına qalxırlar. Azərbaycan ərazilərini mənimsəməyə qalxırlar.

Əlbətə kürdlərin bu qudurğanlığını himayə edən, təkəcə Tehran rejimi deyil, hətta bu rejimi hakimiyytə gətirən İngilis və Amerika başda olmaqla, qərb ölkələri, və onların məntəqədə olan qulluqçu hakimiyyətləri də, ərbablarının bu məntəqədə olan uzun və qısa vədəli çıxarları üçün indilik kürdləri himayə edib kürükəlüəyirlər. Kürd qurupları da uzun vədəliı düşünmək yerinə onların maliyyə, hərbi yardımlarına arxalanaraq qonaq evini  Qərbi Azərbaycanı Kürdüstan diyə göstərməyə çalışırlar.

Biz Güney Azərbaycan İstiqlalçılar Birlyi olaraq kürd siyasi qurumlarına xatırlatmaq istəyirik ki, aranızda olan terrorçu qurupların bu yersiz iddiaları hər iki millətin qısa və uzun vədəli çıxarları üçün zidd olan bir hərkətdir, bu ancaq adı keçən böyük düvlətlərin çıxarlarına xidəmət sayılar. Millətlərimiz arasında düşəmənçiliyə, yersiz qan töklmələrə aparıb çıxarda bilər. Biz bundan yana deyilik, qonşu millət olaraq, millətlərimizin rifahı, yaxşı qonşuluq münasibtlərinin qurulması, bir-birinə dayaq olması hər iki tərfin hədəfi olmalıdır.

Bunu da xatırlatmaq istəyirik ki, topraqdan pay olmaz, lazm gəlirsə Azərbaycan milləti öz doğma vətənini və onun ərazı bütünlüyünü qorumağa qadirdir… .

Güney Azərbaycan İstiqlalçılar Birliyi

Həmçinin yoxlayın

Cenevrədə ilk “Türk Həftəsi” keçiriləcək

İsveçrənin Cenevrə şəhərində 22-25 aprel tarixlərində ilk “Türk Həftəsi” keçiriləcək. Türk Dövlətləri Təşkilatı (TDT) tərəfindən …

Erməni işğalında olan Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

GADTB: Qazaxın 4 kəndinin Azərbaycana qaytarılması barədə Ermənistanla razılıq əldə edilib. Bu barədə aprelin 19-da …

Bir cavab yazın