Çərşənbə axşamı , May 26 2026
azfa

Güney Azərbaycanda Əndirgan əhalisi İranın buranın mədənini talamasına etiraz etdi-Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın Vərziğan bölgəsinin Əndirgan kəndinin əhalisi İranın buranın mədənini talamasına etiraz etdi.

Bu məqsədlə sentyabrın 2-də cümə günü əndirganlılar etiraz aksiyası keçirərək buradakı mədənlərin qeyri-standart çıxarılması və talanmasına etirazlarını bildiriblər.

Onlar İran rejiminə etiraz etməklə “Mədən gərək bağlana” şüarı səsləndiriblər.

Qeyd edək ki, Güney Azərbaycan Vərziğan bölgəsində Süngün Mis Mədəni, Əndirgan Qızıl Mədəni və Məzirə Şadi Mədəni yerləşir. Lakin rejim bu mədənləri talayıb və geridə ancaq əhaliyə yoxsulluq və ekoloji fəlakət buraxır.

Həmçinin yoxlayın

Tramp: İranla danışıqlar yaxşı irəliləyir, İran İbrahim Razılaşmalarına qoşulacaq

GADTB: Donald Trump İranla aparılan danışıqların müsbət istiqamətdə davam etdiyini bildirib və mümkün razılaşmanın region …

Azərbaycanın tanınmış şairəsi Həmidə Rəiszadə (Səhər) vəfat edib

GADTB: Azərbaycanın tanınmış şairəsi Həmidə Rəiszadə 74 yaşında İsveçin Malmö şəhərində vəfat edib və qürbətdə …