Çərşənbə , İyul 29 2026
azfa

İran adlanan ölkədə aksiyalarda yaxalanan təbrizli fəal Əli Qədiri həbsə məhkum edilib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İran adlanan ölkədə  2017-ci ilin son günlərindən başlayaraq keçirilən etiraz aksiyalarında tutulan təbrizli fəal Əli Qədiri həbsə məhkum edilib

Məlumata görə Təbrizdə yaxalanan Əli Qədiri barəsində iki fərqli dosyeyə görə həbs qərarı çıxarılıb. Əli Qədiri qanunsuz yığıncaqlara qatılmaq yolu ilə ümumi asayişi pozmaqda günahlandırılıb. Fəal bu ittihamla irqçi fars rejiminin Təbrizdə yerləşən Cinayət Məhkəməsinin 103-cü şöbəsi tərəfindən 3 ay həbs cəzasına məhkum edilib. Hakimin qərarı ilə 3 aylıq həbs cəzasının icrası şərti olaraq 1 il müddətinə təxirə salınıb.

Əli Qədiri eyni zamanda sistemin əleyhinə təbliğdə ittiham edilərək 6 ay həbsə məhkum olunub.

Həmçinin yoxlayın

Urmiya gölünün səviyyəsi 27 santimetr enib; yay buxarlanması Azərbaycanın mavi incisini təhdid edir

GADTB: Yay mövsümündə buxarlanmanın artması və su ehtiyatlarının azalması nəticəsində Urmiya gölündə suyun səviyyəsi təxminən …

Molla rejimi Avropa gəmilərini qanuni hədəf elan etdi

GADTB: İran xarici işlər nazirinin müavini Kazım Qəribabadi bildirib ki, Hörmüz boğazına yaxınlaşacaq Avropa gəmiləri …

Bir cavab yazın