Bazar , Oktyabr 25 2026
azfa

İran gizli saxladığı üç nüvə obyekti ilə bağlı məlumat vermir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Atom Enerjisi Üzrə Beynəlxalq Agentliyin direktoru Rafael Qrossi İranın uranı zənginləşdirmək imkanlarının Amerikanın nüvə anlaşmasından çıxmasından sonra daha da gücləndiyini deyib.

Qrossi aprelin 27-dəki açıqlamasında, habelə bildirib ki, təmsil etdiyi agentlik hələ də İrandan üç mərkəzdə uranın zənginləşdirilməsi ilə bağlı qalan suallara aydın cavablar almağa çalışır.

Son dörd il ərzində Atom Enerjisi üzrə Beynəlxalq Agentlik bir neçə açıqlanmayan nüvə mərkəzində tapılan uranın mənşəyi ilə bağlı İranı hesabat verməyə çağırsa da, Tehran hələ də dəqiq izahat verməyib.

Agentliyin müfəttişləri indiyədək İranda üç “şübhəli” nüvə obyekti müəyyən ediblər, onlardan biri Tehran ətrafındakı Turquzabadda, digəri isə İsfahanda yerləşir. Hər ikisi, çox güman ki, 2003 və 2004-cü illərdə uranın izlərini yox etmək məqsədilə sökülüb.

Həmçinin yoxlayın

İran-ABŞ arasında vasitəçilik üçün Qətər nümayəndə heyəti Tehrana gedib

GADTB: “Al Araby Al Jadeed” nəşri xəbər verib ki, İran və ABŞ arasında vasitəçilik səyləri …

Mossadın keçmiş rəhbəri: Müharibədən həftələr əvvəl İranın içərisində onlarla agentimiz vardı və heç biri həbs olunmadı

GADTB: Mossadın keçmiş rəhbəri David Barnea bildirib ki, bu təşkilat 1404-cü ilin xordad ayında başlanan …