Çərşənbə , May 12 2021
azfa

İran rejiminin ayrı-seçkilik siyasəti Xalxalda faciəvi vəziyyətə səbəb olub

GADTB-nin mətbuat Mərkəzinin “Savalanxəbər”ə istinadən yaydığı məlumata görə, İran rejiminin Azərbaycan vilayətlərinə ayrı-seçkilik siyasəti xüsusilə bir sıra məntəqələrdə faciəvi nəticələrə gətirib çıxarıb. Artıq bölgədən olan yerli millət vəkilləri və yerli İran məmurları da bu dözülməz vəziyyəti etiraf etməyə məcbur olurlar.

Məlumata görə, Xalxalın İran adlanan ölkənin məclisindəki millət vəkili Bəşir Xaliqi deyib ki, Xalxalın kəndləri boşaldığı üçün indi buranın kəndlərinin əksəri qocalar evini xatırladır. O Ərdəbil vilayətinin valisinin Xalxala səfəri və Xalxal-Tarım-Məncil əsas yoluna baxış keçirərkən qeyd edib: Xalxaldan köçün artması, gənc nəslin iş dalınca getməsi kəndlərin əksərinin boşalmasına səbəb olub. Yalnız yaşlı nəsil qalıb.

Xalxalın imam cüməsi höccətülislam Əmir Rəştbər də verilən vədələrin baş tutmamasını tənqid edərək qeyd edib ki, burada təkər üçün şinlər istehsal edən 2 zavodun tikintisinə söz verilmişdi. Verdikləri sözə əməl etmədikləri üçün Xalxal əlalisi narazıdır. Burada heç bir sənaye müəssisəsinin olmaması üzündən əhali bu bölgədən köçüb getməyə məcbur olub. Burada təkcə zavod olan Neopan Zavodu da neçə aydır işini dayandırıb.

Qeyd edək ki, İran rejimi Azərbaycan türklərini assimilyasiyaya uğratmaq məqsədilə Azərbaycanı belə acınacaqlı vəziyyətə salıb. Məqsəd azərbaycanlı gənclərin fars şəhərlərinə köçüb farslaşmasıdır.

Həmçinin yoxlayın

İrqçi fars rejimin qəsdən laqeydliyi nəticəsində Təbrizdəki tarixi Pinəşalvar məzarlığı dağıdılır

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejimin ayrıseçkilik və Azərbaycanın tarixi abidələrinin …

Ruhani hakimiyyəti Urmiya gölünü bərpa məsələsində əhalini aldadır

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Həsən Ruhani hakimiyyəti Urmiya gölünün bərpası ilə bağlı …