Şənbə , Oktyabr 24 2026
azfa

İran rejiminin həbs etdiyi Vasiqi qardaşları Ərdəbildə zindandan tibb məntəqəsinə aparıldı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İran rejiminin Ərdəbildə həbsdə saxladığı azərbaycanlı siyasi məhbuslar Əli və Rza Vasiqi qardaşları koronavirus təhlükəsi ilə tibb məntəqəsinə aparılıblar.

Yanvarın 8-də azərbaycanlı siyasi məhbus Əli Vasiqi ailəsi ilə telefon danışığı zamanı zindanda koronavirusun Omikron ştammının geniş yayıldığını, özü və qardaşı Rza Vasiqinin virusa yoluxduğunu deyib.

Əli Vasiqinin sözlərinə görə, məhbuslar arasında virusun yayılmasından sonra onların  əksəriyyəti zindanın karantin bölməsinə köçürülüb. Məhbusların diqqətsiz qalması, onlara heç bir tibbi yardım olunmaması etirazlara səbəb olub.

Azərbaycanlı siyasi məhbus bildirib ki, etirazlardan sonra qardaşı və başqa bir neçə məhbusla birlikdə zindanın tibb bölməsinə aparılıb və onlara yalnız antibiotik tərkibli dərmanlar verilib. Sonra məhbuslar yenidən bölməyə qaytarılıb.

Qeyd edək ki, irqçi fars rejim Güney Azərbaycanın Ərdəbil şəhərində yaşayan milli fəallar Əli və Rza Vasiqini 5 il həbsə məhkum edib. Əli Vasiqini 3 il və qardaşı Rza Vasiqini 2 il həbsə məhkum edib.

Rejimin Ərdəbildəki İnqilab Məhkəməsinin 1-ci şöbəsi, hakim Məhdəviradın sədrliyi iki qardaş Əli və Rza Vasiqini, “Vərəqələr yaymaqla sistemə qarşı təbliğat aparmaq” və “ölkənin milli təhlükəsizliyinə qarşı cinayət törətməkdə iştirak etmək” ittihamları ilə 5 il həbs cəzasına məhkum edib.

Bu qərar avqustun 18-də çərşənbə axşamı günü Ərdəbildə yerləşən rejimin İnqilab Məhkəməsinin 1-ci şöbəsinin ofisində şifahi olaraq azərbaycanlı fəallara elan edilib.

1985-ci ildə Ərdəbildə anadan olan Əli Vasiqi iki qız atasıdır. O, 2011, 2015 və 2018-ci illərdə də milli-mədəni fəaliyyətlərinə görə saxlanılıb, işgəncə görüb və həbs edilib.

Həmçinin yoxlayın

ABŞ İrana yeni zərbələr dalğasına hazırlaşır

GADTB: “The Wall Street Journal” qəzeti hərbi planlaşdırma ilə tanış amerikalı rəsmilərə istinadən xəbər verir …

Təbriz bələdiyyəsinin sürücülərinin qeyri-müəyyən vəziyyəti davam edir, işdən çıxarılmaqla hədələnirlər

GADTB: Təbriz bələdiyyəsinin 10 bölgəsində çalışan sürücülərin Şəhər Şurasının qarşısında keçirdikləri etiraz aksiyasından təxminən iki …