İran “Tehran-Araz və Ermənistan Ticarət Palatası” yaradır

GADTB: Tehran Ticarət Palatasının baş katibi Araz Azad Ticarət Zonasında biznes ofislərinin açıldığı barədə məlumat verib.

“Fars News” xəbər verir ki, Tehran Ticarət Palatasının baş katibi Bəhmən Eşqi Araz Azad Ticarət Zonasının rəhbəri Məcid Kiyani ilə görüşdə sözügedən zonada Tehran Ticarət Palatasının və Müstəqil Ticarət Palatasının biznes ofislərinin yaradılması təklifini alqışlayaraq deyib: “Qonşu ölkələrin bazarlarında Araz Azad Ticarət Zonasında istehsal olunan məhsulların satış payı əldə etməklə bağlı narahatlıq Araz Azad Zona Təşkilatı, Tehran-Araz Ticarət Palatası və Ermənistan Ticarət Palatasının əməkdaşlığı sayəsində aradan qalxacaq və ən yaxşı səviyyədə həyata keçiriləcək”. O, habelə Ermənistanda Araz Azad İqtisadi Zonasının istehsal etdiyi məhsulların xüsusi sərgisinin keçirilməsini vacib adlandırıb./Azad Iran

Həmçinin yoxlayın

Sofiyandakı “Təknam Keyhan Polymer” zavodunda yanğın: ölənlərin sayı üç nəfərə çatdı

GADTB: Təknam Keyhan Polymer zavodunda baş verən güclü yanğın nəticəsində həyatını itirənlərin sayı üç nəfərə …

Ynet: İran rejiminin davranışında “rasional dəyişiklik” gözləmək yanlışdır

GADTB: Ynet qəzetində yayımlanan təhlildə baş redaktor Sur Plasker ABŞ prezidenti Donald Trump-a müraciətlə bildirib …