Çərşənbə axşamı , May 19 2026
azfa

İranın Araz qırağında hərbi texnikası qəza törətdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İranın Araz qırağına topladığı hərbi texnika qəzaya səbəb olub.

Sepah-ın hərbi təlimlər üçün Azərbaycan Respublikası ilə sərhədə cəmləşdirdiyi hərbi texnika bir neçə qəzanın yaranmasına səbəb olub.

Azərbaycanlı fəalların bildirdiyinə görə son 4 gündə İranın terrorçu Sepah-ına məxsus texnika bir neçə nəfərin ölümünə səbəb olub.

Bu gün səhər saatlarında Araz qırağında artilleriya qurğularını daşıyan Sepah-a məxsus hərbi maşın yük maşınını yoldan çıxarıb. Nəticədə ağır qəza baş verib.

Yük maşını yoldan çıxdığı üçün əks istiqamətdən gələn minik avtomobili ilə toqquşub və iki nəfər yerindəcə həlak olub.

Qəzanı Şərqi Azərbaycan əyalətinin Təcili Yardım Mərkəzinin sözçüsü Vəhid Şadiniya da mediaya verdiyi açıqlamada təsdiqləyib.

Həmçinin yoxlayın

İranın səbəb olduğu neft fəlakəti Xargdan Küveytədək körfəzdə dəniz canlılarını məhv edir

GADTB: Neft sızmaları və geniş yayılmış çirklənmə artıq İran sularını aşaraq, sosial şəbəkələrdə yayılan görüntülərə …

Ərəb ölkələri Təhlükəsizlik Şurasında Hörmüz boğazının təhlükəsizliyi ilə bağlı yeni qətnamə irəli sürür

GADTB: Körfəz ölkələri son hadisələr fonunda Hörmüz boğazında gəmiçilik azadlığı ilə bağlı qətnamə layihəsini Birləşmiş …