Bazar ertəsi , İyun 15 2026
azfa

İranın sığınacaq verdiyi azərbaycanlılar işğalçı Ermənistanın mövqeyini dəstəkləyirlər

GADTB-nin Mətbuat Mərkəzinin “Azad İran”a istinadən yaydığı məlumata görə, İrana sığınan axtarışda olan və İran dəstəyi ilə Azərbaycanda “islam inqilabı” etmək iddiasında olan Azərbaycan vətəndaşları özlərinə məxsus “Teleqram” kanallarında Qarabağda baş verənləri təhrif edilmiş şəkildə yayırlar.

Onlara aid “Teleqram” kanalları ermənilərin Kəlbəcər və Laçın bölgələrində təxribatlarını Azərbaycan tərəfinin iddiası adlandırıb, Azərbaycan tərəfinin cavab zərbələrinin Qarabağda deyil, Ermənistan ərazisində həyata keçirildiyini “böyük sual” kimi təqdim ediblər.

“Ermənistanın Gorus, Cermuk və Vardenis şəhərləri Azərbaycan ordusunun artilleriya atəşinə məruz qalıb. Döyüşlər daha çox Qarabağda deyil, hazırda Ermənistanın Sünik vilayəti adlanan Zəngəzur rayonunun ucqarlarında başlayıb. Bu da böyük sual işarəsidir”-deyə, “islam inqilabı” Teleqram kanalı yazıb.

Kanal Azərbaycan Silahlı Qüvvələrinin üç erməni kəndinə də artilleriya zərbələri endirdiyi barədə erməni tərəfinin iddiasını tirajlayıb.

Həmçinin yoxlayın

Ərdəbildə toy məclisinə görə şadlıq sarayı möhürləndi, sahibi saxlanıldı

GADTB: Ərdəbil şəhərinin prokuroru bu şəhərdə fəaliyyət göstərən bir şadlıq sarayının “qarışıq toy mərasimi keçirilməsi” …

BMT: İran hakimiyyəti ilin əvvəlindən bəri təhlükəsizlik ittihamları ilə azı 40 nəfəri edam edib

GADTB: Volker Türk bildirib ki, İran hakimiyyəti 2026-cı ilin əvvəlindən indiyədək “milli təhlükəsizlik”lə əlaqələndirilən ittihamlar …