
GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejim Qaşqay obasına polis və mülki geyimli qüvvələr yeridərək, qaşqayların özlərinə, yaşayış yerləri və mal-qaralarına ciddi xəsarət yetirib.
Rejimin qüvvələrinin vəhşicəsinə hücumuna məruz qalan Qaşqay eli, əlli ildən çox bu ərazi və obada yaşayır və onların həmin ərazidə yaşaması, eləcə də mal-qaralarını otarması barədə rəsmi və hüquqi dövlət lisenziyası da mövcuddur.
Qaşqay fəalların bildirdiyinə görə, müxtəlif ərazi və torpaq sahələrini qəsb etməklə məşğul olan “Beynəlxalq Əhli Beyt Cəmiyyəti” həmin hücumun arxasında dayanır və Qaşqay elinin torpaq sahələrini əllərinə keçirməyə çalışır.
Onsuzda irqçi fars rejimin müstəmləkə siyasəti nəticəsində milli-mənəvi varlığı talanan, assimilyasiyaya uğrmaqda olan qaşqayların yoxsul şəraitdə hazırladığı daldanacağını dağıtmaqla rejim həyat haqqını da qaşqayların əlindən almağa çalışır.
İnsan haqları fəalları və Qaşqayların, eləcə də digər türk millət vəkillərinin bu zülmə göz yumması isə bağışlanmaz əməl kimi tarixdə qalacaq.