Cümə axşamı , Mart 28 2024
azfa

İrqçi fars rejim “Yol Press” saytının fəaliyyətinə qadağa qoyub

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə,  irqçi fars rejim Güney Azərbaycanın qərb bölgəsində fəaliyyət göstərən “Yol Press” xəbər və təhlil saytı və “Açıq Yol” dərgisinin fəaliyyətinə və yayımına qadağa qoyulub.

“Yol Press” saytının verdiyi açıqlamada bildirilib ki, həmin sayt və Açıq Yol dərgisinin yayımına Ali Milli Təhlükəsizlik Şurası tərəfindən cinayət işi elan edilməsi üzrə Urmiyə prokurorluğunun ikinci şöbəsi qadağa qoyub.

“Yol Media Qrupu”-nun redaksiya heyəti bildirib ki bu qrupun bütün fəaliyyətləri dayandırılacaq. Bildirişdə Yol Media Qrupu həmçinin oxucularının və özünün qanuni haqlarını müdafiə etməyə çalışacağını bildirib.

Qeyd edək ki, Qərbi Azərbaycana rejim tərəfindən təyin edilmiş qeyri-yerli kürd vali Məhəmməd Mehdi Şəhriyari həmin saytın müdirinə qarşı məhkəməyə şikayət etmişdi. Lakin Yolpres saytı haqlı olduğu üçün artıq bu yolla Güney Azərbaycanın milli mətbuatını bağlatdırıblar.

“Yol Press” yaydığı xəbərdə Şəhriyarinin bir toplantıda Birinci Dünya Müharibəsi dönəmində Qərbi Azərbaycan vilayətində “Ciloluq” adı ilə tanınan böyük qətliamın baş vermədiyini iddia etdiyi haqda məlumat vermiş, ancaq vali bu xəbərdə qeyd olunan məlumatın yalan olduğunu irəli sürərək, saytın məsul redaktorundan şikayət etmişdi.

Yol media qrupu qadın bölümündə qadın haqları və İranda qadınların problemlərini əks etdirən, eləcə də Azərbaycan türkcəsində xəbər və material yayımlayaraq, İranın Azərbaycan türklərinin yaşadığı bölgələrinin mediası kimi tanınır.

Həmçinin yoxlayın

Urmiya bələdiyyəsi voleybol üzrə Premyer Liqanın final mərhələsinə yüksəlmək ərəfəsindədir

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə,Urmiya Bələdiyyəsinin voleybol komandası bu axşam Premyer Voleybol Liqasının …

Molla rejimin Urmiya gölününü qurutması nəticəsində Urmiya şəhərini duz fırtınası bürüyüb

GADTB: Molla rejimin Urmiya gölününü qurutması nəticəsində Urmiya şəhərini duz fırtınası bürüyüb. Güclü külək Urmiya …

Bir cavab yazın