Şənbə , İyun 13 2026
azfa

İrqçi fars rejimi tərəfindən çağrılan azərbaycanlı fəallara yalan ittihamlar irəli sürülüb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, türk dilində təqvim çapı ilə bağlı irqçi fars rejimi tərəfindən yaxalanan azərbaycanlı milli-mədəni fəallar Mehdi Qəməri Benisli, Behnam Nurməhəmmədi və Yasin Ərfəi Evin zindanının 7 nömrəli İstintaq şöbəsinə çağrılaraq onlara qarşı yeni yalan ittihamlar irəli sürülüb.

Fəallar əvvəlcə saxta iddia ilə milli təhlükəsizliyə qarşı çıxmaq ittihamı ilə təqsirləndirilmişdilər. Bu dəfə isə onlar yenə saxta iddialarla ictimai rəyi təhrik etməkdə ittiham ediliblər.

Qeyd edək ki, irqçi fars rejimi azərbaycanlı milli-mədəni fəallar Mehdi Qəməri Benisli, Behnam Nurməhəmmədi və Yasin Ərfəini türk dilində təqvim çap etdiklərinə görə qanunsuz həbs etmişdi.  Fəallar Behnam Nurməhəmmədi, Yasin Ərfəi və Mehdi Qəməri Benisli hər biri 50 milyon tümənlik vəsiqə girov qoymaqla Tehranın Evin zindanından müvəqqəti azadlığa buraxılıblar.

İranın irqçi fars rejimi o dərəcə də irqçi və diktator olub ki, bir millətə öz dilində təqvim çap etməyi də cinayət hesab edərək, təqvimi çap edənləri həbs edir. Bu dərəcədə rasizm isə dünyanın heç yerində qeydə alınmayıb.

Həmçinin yoxlayın

“Savalan qonur ayının evidir” şüarı ilə ekoloji yürüş keçirilib

GADTB: Ətraf mühit həftəsi münasibətilə Savalan dağı ətrafında “Savalanın qonur ayı tərəfdarları” adlı dağ yürüşü …

Molla rejimi Evin həbsxanasında siyasi məhbusların telefon əlaqəsinə maneə yradıb

GADTB: Evin həbsxanasından daxil olan məlumatlara görə, siyasi və vicdan məhbuslarının həbsxanadan kənarla telefon əlaqələrinə …

Bir cavab yazın