Bazar ertəsi , Sentyabr 7 2026
azfa

İrqçi fars rejiminin kürd terrorçularına güzəşti, sərhəddə yaşayan azərbaycanlılara isə çıxış pulunu 7 qat artırması narazılığa səbəb oldu-Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejimi ölkədən çıxış rüsumunu 7 qat artırması sərhəddə yaşayan Azərbaycan türklərinin dolanışığını ciddi şəkildə çətinləşdirmişdir.

Rejim qeyd edilən məsələdə qaçaqmalçılıqla məşğul olan kürd terrorçularına isə xüsusi kartlar verməklə onlara sərhəddi güzəştli keçib alqı-satqı etmək imkanı verir. Bu ayrıseçkilik, üstəlik terrorizmi dəstəkləmək Azərbaycan türklərinin narazılığına səbəb olub.

Nazərgan və s. Güney Azərbaycan gömrüklərindən verilən məlumata görə artıq gömrük məntəqələri xəlvətdir və əhalinin çıxış pulu ödəyib Türkiyə sərhədində alqı-satqı işləri görə imkanı çatmır. Çıxış rüsumunun artırılması Güney Azərbaycanın digər Gömrük məntəqələrinə də öz təsirini göstərib və Azərbaycan türklərinin qonşu qardaş ölkələrə getmə imklanını ciddi şəkildə azalmışdır. Xüsusilə Bazərqan Gömrük məntəqəsi tam xəlvət vəziyyətdədir.

 

Həmçinin yoxlayın

Təbrizin Bağmişə Milli Mənzil layihəsi; vədlər və məsuliyyətsizlik arasında qalan sakinlər-Video

GADTB: Təbrizin Bağmişə bölgəsində Milli Mənzil layihəsi üzrə müraciət edənlər hələ də çoxsaylı vədlərlə başlanan, …

CENTCOM sözçüsü: Hörmüz boğazından 1 600 ticarət gəmisinin və 800 milyon barrel neftin keçməsinə kömək etmişik

GADTB: “New York Times” yazıb ki, müharibənin başlamasından altı aydan çox vaxt keçməsinə baxmayaraq, İranın …

Bir cavab yazın