Cümə axşamı , May 14 2026
azfa

İrqçi nazirə sərt cavab: Bizim dilimiz türk dilidir, başqa dil bilmirik

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejiminin təhsil nazirinin fars dilindən başqa digər dillərin məktəblərdə tədrisinin qadağan olmasına dair irqçi bəyanatına etirazlar davam edir. Güney Azərbaycanın Culfa şəhərinin imam cüməsi Salar Səncəri də cümə namazı xütbələrində rejimin təhsil nazirinin irqçi bəyanatına kəskin etiraz edib.

Salar Səncəri deyib: “Ölkədə bir çox problem yaşandığı halda, təhsil naziri ana dilinin tədrisinə qadağa qoymağa çalışır. Cənab nazir, bunlar nə sözlərdir?! Türk dili bizim ana dilimizdir. Biz başqa dildə danışa bilmərik. Siz bizim ana dilimizi necə qadağan elan edə bilərsiniz?! Nə üçün məktəb və universitetlərdə xarici dillərin tədrisinə qadağa tətbiq etmirsiniz, lakin bizim əhalinin ana dilini qadağan edirsiniz?! Siz insanların ana dilini qadağan etmək yerinə müəllimlərin irəli sürdükləri tələbləri təmin etsəydiniz, daha yaxşı olardı”.

Culfanın imam cüməsi Salar Səncəri həmçinin deyib: “Siz bu gün tutduğunuz vəzifəni canlarını qurban etmiş türk gənclərinin qanına borclusunuz. Onlar şərəf, qeyrət, cəsarət və kişiliyi türk dilində analarından öyrəniblər, biz heç vaxt belə bir dili inkar edə bilmərik.”

Həmçinin yoxlayın

ABŞ enerji naziri: İran rejimi silah səviyyəli urana çox yaxınlaşıb və bir neçə həftə ərzində buna çata bilər

GADTB: ABŞ enerji naziri Kris Rayt açıqlamasında bildirib ki, İran İslam Respublikası silah səviyyəsində zənginləşdirilmiş …

Çin şirkətlərinin İranla gizli silah satışı barədə danışıqlar apardığı bildirilir

GADTB: Çin şirkətlərinin İranla gizli silah satışı barədə danışıq aparıb və bunun gizli qalması üçün …

Bir cavab yazın