Cümə , Avqust 28 2026
azfa

İrqçi rejimin əlaltıları Təbrizin Məqbərətüşşüəra məqbərəsini hələ də baxımsız vəziyyətə saxlamaqdadır

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejimin əlaltıları Güney Azərbaycanda rejimin müstəmləkə siyasətini davam etdirərək Azərbaycanın taixi və mədəni abidələrinə qarşı ögüy siyasətini davam etdirirlər.

Güney Azərbaycanın Təbriz şəhərində yerləşən tarixi Məqbərətüşşüəra məqbərəsi uzun müddətdən bəri hələ də baxımsız vəziyyətdə qalmaqdadır. Bu ərazi hətta artıq sahibsiz itlərin sığınacaq yerinə çevrilib. Halbuki, Məqbərətüşşüəra məqbərəsi Təbriz-2018 Turizm ili üçün tam hazır vəziyyətə gətirilməli idi.

Rejimə bağlı Təbriz bələdiyyəsinin iddiasına görə Məqbərətüşşüərada olan tarixi şəxsiyyətlərin məzarlarını təmir etməyə iddia edirlər. Halbuki, heç bir irəliləyiş gözə çarpmır və bu tarixi ərazidə aparılan tikinti ilə əlaqədar yeraltından çıxan tarixi əşyalar da bu yaxınlarda rejim tərəfindən qarət edilmişdir.

Həmçinin yoxlayın

Sentrkom: İran İslam Respublikasının dəniz mühasirəsi şəraitində 75 ticarət gəmisinin marşrutu dəyişdirilib; 3 gəmi fəaliyyətdən çıxarılıb, 2 gəmi yoxlanılıb

GADTB: ABŞ Mərkəzi Komandanlığı İran İslam Respublikasına qarşı dəniz mühasirəsinin davam etdirildiyi bir vaxtda ABŞ …

Azərbaycan Xarici İşlər Nazirliyindən Rusiyaya sərt reaksiya

GADTB: 27 avqust tarixində günorta radələrində Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı Səfirliyinin qonaq evi qarşısında naməlum …

Bir cavab yazın