GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, işğalçı və irqçi fars rejim Türkiyənin Təbriz-2018 İslam Dünyasının Türizm Paytaxtı ili üçün göndərdiyi kamyonlar Təbrizdə istifadə edilməyib. Rejim həmin yük avtomobillərini Culfa şəhərinin Sənaye Şəhərciyində müsadirə edərək, saxlayır. Avtomobillərin 2018-ci ilin əvvəlindən həmin bölgədə saxlanıldığı və toz basdığı bildirilir.
Halbuki, artıq 2018-ci ilin sonuna 1 aydan bir az artıq qalıb və həmin maşınlar Təbriz-2018 üçün göndərilmişdir.
Həmin maçlnların irqçi fars rejimində antitürk dairələrin tələbi ilə müsadirə edildiyi və Təbrizdə istifadəsinə maneə törədildiyi söylənilir. Ehtimal edilir ki, maşınların üzərindəki türkcə yazılar irqçi fars rejimi qəzəbləndirib.