Bazar , Sentyabr 8 2024
azfa

İşğalçı fars rejimin Güney Azərbaycana qarşı ayrı-seçkilik siyasətinə daha bir etiraf- Video

GADTB-nin Mətbuat Mərkəzinin əldə etdiyi məlumata görə, işğalçı fars rejimin Güney Azərbaycana qarşı ayrı-seçkilik siyasətinə daha bir millət vəkili etiraf etdfi.

2018-ci il dekabrın 2-də Mərənd və Culfanın rejimin məclisindəki millət vəkili Məhəmməd Həsənnəjad rejimin Azərbaycana qarşı ayrı-seçkilik siyasətini etiraf edərək tənqid edib.

Həsənnəjad Şərqi Azərbaycanın yeni təyin olunmuş vali məsələsinə toxunaraq, deyib ki, prezident yeni valinin təqdimat mərasiminə birinci müavinini göndərməli idi. Lakin o nazir müavini göndərdi. Bu, Azərbaycana qarşı açıq ayrıseçkilikdir.

Məhəmməd Həsənnəjad həmçinin deyib: “Azərbaycanlılar arasında ayrı-seçkiliyə məruz qaldıqları ilə bağlı fikir formalaşıb. Onlar soruşur ki, nə üçün körfəzdən və Karun çayından başqa yerlərə su çəkilir, lakin Urmiya gölünə su çəkməyə vəsait tapılmır?! Nə üçün İsfahanın sürətli qatar layihəsi istifadəyə verilir, lakin Təbriz-Miyana qatarı 17 ildir tikilmir?! Araz çayının suyu Mərənd, Hərzəndat və Yekanat düzünə çəkilmir. Şimal magistral yolu tikilir, lakin Təbriz-Mərənd-Bazirqan magistral yolu tikilmir?!”.

O həmçinin qeyd edəb ki, ayrıseçkilik hissinin Azərbaycan əhalisini narahat edir və ölkə prezidenti, eləcə də parlamentin rəyasət heyəti bu məsələni ciddiyə almalıdır.

 

Həmçinin yoxlayın

Tehranın Evin zindanında azərbaycanlı milli fəalların qeyri-müəyyən vəziyyətdə həbsdə saxlanılması 7-ci aya keçib

GADTB: Azərbaycanlı milli fəallar  Murtəza Pərvin, Tahir Nəqəvi, Hüseyn Piri, Kərəm Mərdanə, Baqirr Hacizadə və …

İran Rusiyanı sərhəd mübahisəsində Azərbaycanın tərəfini tutmaması barədə xəbərdar edir

“The Guardian” nəşrinin saytında “İran Rusiyanı sərhəd mübahisəsində Azərbaycanın tərəfini tutmaması barədə xəbərdar edir” sərlövhəli …

Bir cavab yazın