İslamabadda keçiriləcək ABŞ-İran danışıqları üçün nümayəndə heyətlərinin Pakistana getdiyi bildirilir

GADTB: İslamabadda müzakirələr üçün heyətlərin bu şəhərə daxil olduğu bildirilir. Danışıqlar üçün İslamabada gedən İran nümayəndə heyətinə Qalibaf rəhbərlik edir.

İranı xarici işlər naziri Əraqçı, Parlament sədri Qalibaf, ölkənin BMT-dəki daimi nümayəndəsi Təxt-Rəvançi və müdafiə nazirinin müavini Zülqərdr təmsil edəcək.

Bildirilib ki, nümayəndə heyətinə təhlükəsizlik, siyasi, hərbi, iqtisadi və hüquq komitələrinin üzvləri daxildir.

Amerika nümayəndə heyətinə vitse-prezident Vens, prezidentin xüsusi elçiləri Uitkof və Kuşner, eləcə də Mərkəzi  Komandanlığın komandanı Kuper daxil olacaq.

Məlumata görə, ABŞ-nin vitse-prezidenti Cey Di Vens və Prezident Donald Trampın xüsusi nümayəndəsi Stiv Uitkof da İslamabad şəhərinə çatıblar.

Pakistanın ev sahibi nümayəndə heyətinə Baş nazir Şərif, ordu komandanı Munir, xarici işlər naziri İshaq Dar və milli təhlükəsizlik müşaviri Malik daxil olacaq.

Həmçinin yoxlayın

CNN-in Azərbaycanla bağlı iddiası yalan çıxdı

GADTB: İyunun 5-də CNN-in “İsrail İran müharibəsi zamanı region üzrə gizli şəbəkənin bir hissəsi olaraq …

Şuşada Türk Dövlətləri Təşkilatı ölkələrinin Rəqabət Forumu keçirilib

GADTB: Şuşada Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin təşkilatçılığı ilə …