Kərəcin Meşgindəşt bölgəsində zəlzələ olub

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, dekabr ayının 20-də gecə saat 11:27-də Kərəcin 17 km cənubunda Meşgindəştdə 5.2 bal gücündə zəlzələ baş verib. Zəlzələnin ocağı yerin 7 kilometr dərinliyində olub.Yerin titrəməsi Əlborz vilayətindən əlavə Tehran, Qum və Gilanda da hiss edilib.

Əldə etdiyimiz məlumata görə zəlzələ tikililərə ciddi xəsarət yetirməmişdir. Yalnız bir sıra binalarda çat əmələ gəlib. Güney Azərbaycanın Savə şəhərində 1 nəfr və mərkəzi Kərəc olan Azərbaycanın tarixi ərazisi hesab olunan Əlborz vilayətində də 42 nəfərin yalnız zəlzələdən qaçarkən xəsarət aldığı və xəstəxanaya çatdırıldığı bildirilir. Əhali küçələr axışıb və bəzilər gücəni açıq havada keçirməyə məcbur olublar.

Həmçinin yoxlayın

Marağada yanğın zamanı 13 yanğınsöndürən xəsarət alıb

GADTB: Dünən Marağa sənaye şəhərciyində yerləşən mühərrik yağı istehsalı zavodunda baş verən genişmiqyaslı yanğın tam …

Molla rejimi körfəzdən keçən gəmilərdən qazanc məqsədilə Hörmüz boğazı üçün “Hormuz Safe” sığorta saytını açıb

GADTB: İran Hörmüz boğazından keçən gəmilər və dəniz yükləri üçün nəzərdə tutulmuş yeni ixtisaslaşmış sığorta …

Bir cavab yazın