Şənbə , Noyabr 14 2026
azfa

Malayziya da sanksiyalara görə irqçi fars rejimlə əlaqələri məhdudlaşdırır

GADTB-nin Mətbuat Mərkəzinin əldə etdiyi məlumata görə, Malayziya da sanksiyalara görə irqçi fars rejimlə əlaqələri məhdudlaşdırır. BMT Baş Assambleyasına qatılmaq üçün Nyu Yorka səfər edən Malayziyanın Baş naziri Mahathir Məhəmməd bu barədə deyib ki, bizim Amerikanın sanksiyalarına və İranla ticarət əlaqələrinə qoyduğu qadağalara riayət etməkdən başqa yolumuz yoxdur.

Amerikanın İrana qarşı tətbiq etdiyi sanksiyalara toxunan Mahathir Məhəmməd bildirib ki, lazım olsa, Malayziya İranla hətta bütün iqtisadi münasibətlərini də dayandıra bilər:

“Düzdür, İranla ticarət əlaqələrini kəsməyin bizə müəyyən ziyanları da olacaq. Lakin biz dünyanın digər ölkələri ilə iqtisadi əməkdaşlığımızı genişləndirməklə bu ziyanı aradan qaldırmağa çalışacağıq”.

Həmçinin yoxlayın

İran İslam Respublikası ilə müharibənin maliyyələşdirilməsinin dayandırılması ABŞ-ın Tehran qarşısında imkanlarını məhdudlaşdıracaq

GADTB: Amerikanın “The National Interest” nəşri xəbərdarlıq edib ki, demokratların İran İslam Respublikası ilə müharibənin …

Molla rejimi Qəşqay türklərinin Qəşqay vilayətinin yaradılması tələbinə məhəl qoymur

GADTB: Qəşqay türklərinin Qəşqay vilayətinin bərpası və ya yenidən yaradılması ilə bağlı uzun illərdir davam …

Bir cavab yazın