Şənbə , May 24 2025
azfa

Millət vəkili Qənirə Paşayeva Şəhriyarın büstünə edilən hücumu kəskin tənqid edib

GADTB-nin Mətbuat Mərkəzinin “Turkustan” saytına istinadən yaydığı məlumata görə, Şəhriyarın büstünün fars rasistlər tərfindən zədələnib təhqir edilməsi Azərbaycan Milli Məclisinin millət vəkili Qənirə Paşayevanın da kəskin tənqidi ilə qarşılaşıb.

Qənirə Paşayeva deyib: “Bu nə tərbiyəsizlik, nə əxlaqsızlıq? Böyük Şəhriyar bütün millətimizin böyük sevgisini qazanmış ustad şairimizdir. “Heydərbabaya salam” hər zaman yanğıyla, gözyaşıyla, özləmlə, həsrətlə əzbər söylədiyiimiz özəl bir əsərdir bizim üçün. Şəhriyar Bakı ilə Təbrizi birləşdirən bir körpüdür. Bizim evimizdə qapıdan daxil olan hər insanı ilk qarşılayan foto onun idi. Hətta məktəb yoldaşlarım ilk zamanlar elə bilirdilər babamın şəklidir. Onlara atamın anlatdığı Şəhriyarı anladardım. Onun büstünün İranda bu vəziyyətə salınmış fotolarına hiddətlə, ağrıyla, üzüntü ilə baxdım. Bunu edənləri qınayıram, bunu edənlərə qarşı ciddi cəza tədbirləri görməyənləri də, bu vəziyyəti düzəltməyənləəri də. Günü sabah bununla bağlı İran İslam Respublikasının Azərbaycandakı səfirinə zəng edib, etirazımızı bildirəcəm və bu vəziyyətin aradan qaldırılması məsələsini xahiş edəcəm. Şəhriyara qarşı bu cür sayğısızlığı bütün azərbaycanlılar qınayırıq və təcili aradan qaldırılmalıdır. Şəhriyar Azərbaycan ədəbiyyatının ən böyük şairlərindən biridir və hər zaman sevgi ilə anılacaq”.

Həmçinin yoxlayın

Xəzərin səviyyəsinin düşməsində Volqa çayı faktoru: Rusiya Qazaxıstanın çağırışlarına cavab verməlidir

GADTB: Xəzər dənizinin səviyyəsinin kəskin şəkildə düşməsi bütün dünyada olduğu kimi, Qazaxıstanda da haqlı olaraq …

Güney Azərbaycan və İranda yük avtomobilləri sahibləri 2 gündür etiraz tətilinə keçiblər

GADTB: Güney Azərbaycanın və İranın müxtəlif şəhərlərində başlayan etiraz tətillərinə qoşulan sahibkarların sayı artır. 25 …