Molla rejimi Ərdəbildə azərbaycanlı milli fəal Yaşar Əkbərzadəni həbs edib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimin məmurları oktyabrın 3-də Ərdəbildə azərbaycanlı milli fəal Yaşar Əkbərzadəni həbs ediblər.

Rejimin ETTELAAT İdarəsinin məmurları tərəfindən yaxalanan fəalın yaxalanma səbəbi və hara aparılması barədə məlumat əldə etmək mümkün olmayıb. Lakin onun son günlər molla rejiminə qarşı baş verən kütləvi etiraz aksiyaları ilə bağlı həbs edildiyi ehtimal olunur.

Qeyd edək ki, irqçi fars rejim etirazlarla əlaqədar çox sayda azərbaycanlı fəalı həbs edib.

Həmçinin yoxlayın

Sofiyandakı “Təknam Keyhan Polymer” zavodunda yanğın: ölənlərin sayı üç nəfərə çatdı

GADTB: Təknam Keyhan Polymer zavodunda baş verən güclü yanğın nəticəsində həyatını itirənlərin sayı üç nəfərə …

Ynet: İran rejiminin davranışında “rasional dəyişiklik” gözləmək yanlışdır

GADTB: Ynet qəzetində yayımlanan təhlildə baş redaktor Sur Plasker ABŞ prezidenti Donald Trump-a müraciətlə bildirib …