Molla rejimi Təbrizdə üç azərbaycanlı fəalı həbsə məhkum etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejiminin Təbrizdə yerləşən İnqilab Məhkəməsinin 1-ci şöbəsi Əmir Haşımpuru 2 il, Ümid Haşımpuru 6 ay, Şəmsəddin İsmayılzadəni isə 9 ay müddətinə həbsə məhkum edib.

Azərbaycanlı fəalların xaricə çıxışına da qadağa qoyulub.

Etirazlar zamanı yaxalanan azərbaycanlı fəallar Təbrizdə rejimin zindanında həbsdə saxlanılırlar.

Qeyd edək ki, bu il sentyabrın ortalarında Ümid Haşımpur İranın ETTELAAT məmurları tərəfindən həbs edilərək Təbriz zindanına aparılıb. Bir müddət sonra onun qardaşı Əmir Haşımpur və həyat yoldaşı Zəhra İskəndəri Təbriz polisinə çağırıldıqdan sonra həbs edilib. Şəmsəddin İsmayılzadə də sentyabrın sonunda həbs olunub.

Həmçinin yoxlayın

CNN-in Azərbaycanla bağlı iddiası yalan çıxdı

GADTB: İyunun 5-də CNN-in “İsrail İran müharibəsi zamanı region üzrə gizli şəbəkənin bir hissəsi olaraq …

Şuşada Türk Dövlətləri Təşkilatı ölkələrinin Rəqabət Forumu keçirilib

GADTB: Şuşada Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin təşkilatçılığı ilə …