Cümə axşamı , May 21 2026
azfa

Molla rejiminin Təbrizdə yaxaladığı Fəraz Məhəmmədidən heç bir məlumat əldə etmək olmur

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejiminin Təbrizdə yaxaladığı 21 yaşlı azərbaycanlı fəal Fəraz Məhəmmədinin yaxalanmasından 1 həftədən çox keçməsinə baxmayaraq onun vəziyyətindən heç bir məlumat əldə etmək olmur.

İrqçi fars-molla rejimi 21 yaşlı azərbaycanlı fəal Fəraz Məhəmmədini Təbriz oktyabrın 5-də yaxalayıb və Təbrizdə rejimin ETTELAAT İdarəsinə köçürüblər.

Azərbaycanlı gəncin nədə ittiham edilməsi barədə məlumat verilmir və fəal yaxalanarkən rejimin məmurları tərəfindən vəhşicəsinə döyülüb. Bu isə ailə üzvlərinin ciddi nigaranlığına səbəb olub.

Həmçinin yoxlayın

GADTB başqanı sayın Əjdər bəy Tağızadənin “Media Türk TV”-də çıxışı- Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycan Demokratik Türk Birliyinin (GADTB) başqanı sayın …

Azərbaycan Milli Hərəkatının dörd fəalı Tehran İnqilab Məhkəməsinə çağırılıb

GADTB: Azərbaycan Milli Hərəkatının tanınmış fəalları Abbas Lisani, Əli Xeyircu, Yusif Kari və Behzad Dəşti …