Cümə axşamı , İyun 1 2023
azfa

Müəllimlər Rəsul Budaqi ilə bağlı Ruhaniyə müraciət edib

GADTB-nin mətbuat mərkəzinə daxil olan məlumata görə, bir qrup müəllim və mədəni fəal İran adlanan ölkənin prezidenti Həsən Ruhaniyə müraciət edərək, sinfi fəaliyyətlərinə görə bir neçə il həbsdə saxlanılan Rəsul Budaqinin öz işinə qayıtmasına şərait yaradılmasını istəyiblər.

Müraciətin mətnində yazılıb: “Rəsul Budaqinin Tehranın İslamşəhr məktəblərinin müəllimi olduğu üçün İİR-nın konstitusiyasının 26-cı maddəsinə uyğun olaraq, Daxili İşlər Nazirliyinin sinfi təşkilat və partiyalar üzrə 10-cu komissiyasının nəzarət və lisenziyası, eləcə də qurumun əksər müəllimlərinin səsi ilə İran Müəllimləri Sinfi Mərkəzinin idarə heyətinə üzv seçilmişdir. O müəllimlər və məktəblilərin hüquqlarının bərpasından başqa da heç bir qanunsuz əməl törətməmişdir. 7 il həbsdə saxlanılıb, işdən kənarlaşdırıldı. Ona görə xahiş edirik İİR-nın konstitusiyasının 28-ci maddəsinə uyğun olaraq onun işinə qayıtmasına şərait yaradasınız.

Həmçinin yoxlayın

İranın ABŞ-ın sanksiyalarında gizli yayındığı ifşa olundu

GADTB: Washington Post: “Mühacirətdə olan İran rejiminə müxalif qrupun açıqladığı gizli daxili sənədlər göstərir ki, …

Təbrizdə molla rejimin həbs etdiyi azərbaycanlı fəallara azadlıq tələbi- Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, irqçi fars-molla rejimin Təbrizdə həbs etdiyi azərbaycanlı fəallara …