Naxçıvanla Azərbaycanı birləşdirən dəhliz çox böyük əhəmiyyətə malikdir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyə Prezidentinin sözçüsü İbrahim Qalın NTV kanalına açıqlamasında deyib ki, Naxçıvanla Azərbaycanı birləşdirən dəhliz çox böyük əhəmiyyətə malikdir.

 “Dəhlizin açılması ən azından Qarabağın işğaldan azad edilməsi qədər dəyərlidir”, – Qalın bildirib.

İbrahim Qalın həmçinin Rusiya və Türkiyə nümayəndə heyəti arasında Qarabağla bağlı danışıqların ilk mərhələsi başa çatıb.

O bildirib ki, ilk mərhələdə Rusiya tərəfi Türkiyənin fikirlərini öyrənib:

“Artıq onlar lazımi təlimatları Kremldən alacaqlar. Önümüzdəki günlərdə əməliyyat şəraiti, harada və necə aparılması, kimin hansı işi görəcəyi ilə bağlı danışıqların yekunlaşmasını gözləyirik. Türk əsgəri onsuz da orada olacaq. Biz onsuz da oradayıq. Çünki Azərbaycanla xüsusi münasibətlərimiz var. Hərbi və əməkdaşlıq müqavilələrimiz lap əvvəldən mövcuddur. Artıq Türkiyə ordusunun Azərbaycana göndərilməsi ilə bağlı sənəd də parlamentdə qəbul edilib. Müşahidə missiyası olaraq Azərbaycanda fəaliyyətimizi davam etdirəcəyik”.

Həmçinin yoxlayın

İran 30-dan çox gəminin Hörmüz boğazından keçməsinə icazə verdiyini bildirir

GADTB: İranın hökumətyönlü media qurumları cümə axşamı bildiriblər ki, İran İslam Respublikasının hərbi qüvvələri ötən …

Molla rejimin həbs etdiyi türkmən gənc Məhəmmədrza Mühümianın vəziyyətindən 3 aydır xəbər yoxdur

GADTB: Təxminən 3 ay keçməsinə baxmayaraq, Məhəmmədrza Mühümian adlı Gümbəd Kavuslu türkmən gəncin taleyi və …

Bir cavab yazın