Bazar ertəsi , Oktyabr 26 2026
azfa

Netanyahu: İran İslam Respublikası rejimi süqut edəcək və İrandakı insanlar azad olacaqlar

Israel’s Prime Minister Benjamin Netanyahu attends the weekly cabinet meeting in Jerusalem on November 19, 2017. / AFP PHOTO / POOL / RONEN ZVULUN

GADTB: İsrailin Baş naziri Benyamin Netanyahu Daily Mail qəzetinə müsahibəsində İran İslam Respublikası rejiminin “süqut edəcəyini” bildirib və İrandakı insanlara müraciət edərək onların “azadlıq gününün” gələcəyini deyib.

Netanyahu bildirib: “Bu rejim süqut edəcək. Belə hadisələrin baş verməsi vaxt aparır, amma onlar süqut edəcəklər. Hazırda çox zəifdirlər. Trampın mühasirəsi həqiqətən də SEPAH-ı çox zəiflədib. Buna görə deyirəm ki, ümidinizi itirməyin. Sizin azadlıq gününüz gələcək.”

O, həmçinin hökumətinin fəaliyyətinə toxunaraq İsrailin İran İslam Respublikasının nüvə silahına sahib olmasının qarşısını almağa nail olduğunu bildirib.

Netanyahu əlavə edib: “İndiyədək hamımız yandırılmış ola bilərdik və onlar uzaqmənzilli raketlər hazırlayırlar.”

Həmçinin yoxlayın

İran-ABŞ arasında vasitəçilik üçün Qətər nümayəndə heyəti Tehrana gedib

GADTB: “Al Araby Al Jadeed” nəşri xəbər verib ki, İran və ABŞ arasında vasitəçilik səyləri …

Mossadın keçmiş rəhbəri: Müharibədən həftələr əvvəl İranın içərisində onlarla agentimiz vardı və heç biri həbs olunmadı

GADTB: Mossadın keçmiş rəhbəri David Barnea bildirib ki, bu təşkilat 1404-cü ilin xordad ayında başlanan …