Cümə , Aprel 26 2024
azfa

Qərbi Azərbaycan vilayətinin yerlatı mədənləri talanaraq fars bölgələrə daşınır

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejimi müstəmləkə siyasəti ilə Güney Azərbaycanın, o cümlədən Qərbi Azərbaycanın mərmər və s. mədənlərini xam şəkildə talayaraq fars bölgələrinə aparır. Həmin mədənlərdən biri Qərbi Azərbaycanın Qoşaçay bölgəsinin Qoruğçu mərmər və qranit mədənidir. İrqçi fars rejimi mədənin daşlarını talayaraq, bötük tırlara yükləyib İsfahan və Kermana aparır. Hər gün yüzdən çox tır bu mədəndən mərmər daşlarını xam şəkildə fars bölgələrinə daşıyır.

İrqçi fars rejimi Qərbi Azərbaycan Çaypara bölgəsində yerləşən mərmər və s. mədənləri də talamaq məqsədilə burada güclü partlayışlar törədir. Nəticədə ətrafda yaşayan əhalinin evlərində çatlar əmələr gəlib və binalar uçmaq təhlükəsi ilə qarşı-qarşıya qalıb.

Qeyd edək ki, irqçi fars rejimi Güney Azərbaycanın müxtəlif bölgələrindəki, mis, qızıl, mərmər və s. mədənlərini müstəmləkəçi üsulla talayıb, fars bölgələrinə daşıyır. Yerli əhaliyə isə ətraf mühitin çirklənməsi və ondan irəli gələn xəstəliklər miras qalır.

Həmçinin yoxlayın

Qumda Azərbaycana qarşı növbəti tədbir keçirildi

GADTB: Aprelin 24-də İranın Qum şəhərində bundan əvvəl Suriyada SEPAH-ın yaratdığı qanunsuz qruplaşmanın tərkibində döyüşən …

Ermənilər Azərbaycanla sərhəddə döyüş mövqelərini sökməyə başladılar

GADTB: Ermənistan ordusunun Azərbaycanla sərhəddə yerləşən Tavuş vilayətinin Kirants kəndi istiqamətindəki mövqeləri sökülür. Bu barədə …

Bir cavab yazın