Cümə axşamı , Oktyabr 3 2024
azfa

Qacarlardan öncə Tehranın əhalisi türk olub

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Tehranın Qacar dönəmində əhalisinin xəritəsi son günlərdə Quzey Azərbaycan mətbuatında da əks etdirilib.

Xəritənin İran Milli Sənədlər Muzeyi tərəfindən yayımlandığı bildirilib.

Sənəddə o illərdə Tehran şəhərinin 14 məntəqəsində yaşayan xalqlar göstərilir. Xəritəyə əsasən, Tehranın 14 məntəqəsindən yarısında türklər yaşayıb.

Xəritəyə görə xalqların məskunlaşması aşağıdakı kimidir: 7 məntəqədə qacar, əfşar, xələc və türkmən tayfaları; 3 məntəqədə ermənilər; 2 məntəqədə ərəblər; 1 məntəqədə kürdbəçələr tayfası, 1 məntəqədə yəhudilər.

Qeyd edək ki, bu xəritə Qacarların son dönəmlərinə aiddir. Qacarlar Tehranı paytaxt seçdikdən sonra farslar, kürdlər, ermənilər, yəhudilər və s. xalqlar bu türk ərazisinə köçüblər. Çünki, Tehran aparılan tədqiqatlara əsasən türk bölgəsi olub. Təkcə Tehranın özü deyil, ətraf bötünü kəndlərinin də əhalisi türk olub və bunu Pəhləvi dövründə aparılan rəsmi statistika da sübut edir.

Həmçinin yoxlayın

Türk Dövlətləri Təşkilatının yaradılmasının 15-ci ili tamam oldu

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Bu gün Türk Dövlətləri Təşkilatının yaradılmasının 15-ci ili …

G7 ölkələri İranın İsrailə hücumunu kəskin şəkildə pisləyib

GADTB: G7 ölkələri İranın İsrailə hücumunu şiddətlə qınadıqlarını bəyan ediblər. ABŞ, Almaniya, Fransa, Kanada, İngiltərə, …

Bir cavab yazın