Bazar ertəsi , Oktyabr 19 2026
azfa

Qazi Mustafa Kamal Atatürkün vəfatının 84-cü ildönümüdür

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, bu gün Atanın vəfatının 84-cü ildönümüdür.

“Azadlıq və istiqlaliyyəti özünün xarakteri” elan edən, bir milləti əsarətdən xilas edən Ulu Öndər Mustafa Kamal Atatürkün vəfatından 84 il ötür.

Əbədi sükuta qərq etməzdən bir neçə dəqiqə əvvəl Dolmabahçe sarayının dəhlizlərində “Bax, bir tarix köçür…” sözləri səslənərkən təqvimlər 10 noyabr 1938-ci il saat 09:05-i göstərirdi.

Cümhuriyyətin qurucusu Mustafa Kamal Atatürk 57 illik həyatında təkcə Türk Millətinin Qurtuluş Savaşına (1919-1923) müvəffəqiyyətlə rəhbərlik edən bir sərkərdə kimi deyil, həm də inqilabları ilə dövlət xadimi kimi tarixə düşdü.

Türkiye Cümhuriyyətinin qurucusu Qazi Mustafa Kamal Atatürkün vəfatının 84-cü ildönümü ilə əlaqədar Anıtqəbirdə Prezident Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə rəsmi mərasim keçirilib.

Ərdoğan Atatürkün məqbərəsi üzərinə qırmızı və ağ qərənfillərdən ibarət ay-ulduzlu çələng qoyub. Atatürkün 84 il əvvəl dünyasını dəyişdiyi saat 09:05-də bir dəqiqəlik sükutla yad edilib, sonra İstiqlal Marşı oxunub.

Prezident Ərdoğan Anıtqəbir Xatirə Dəftərinə “Əziz Atatürk Millətimizin əsrlik xəyallarını reallaşdırana qədər dayanmaq yoxdur,  hücumlar qarşısında təslim olmayacağıq, mübarizəmizi əzmlə davam etdirəcəyik” deyə yazıb.

Atatürkün xatirəsi ölkə daxilində ehtiramla yad edilib, saat 09:05-də ölkə daxilində vətəndaşlar bir dəqiqəlik sükutla Ulu Öndərin xatirəsini yad etdi.

Həmçinin yoxlayın

Molla rejimin cəlladlarından Hüseyn Taib etirazçıları raket zərbələri və qırğınla hədələdi

GADTB: SEPAH-ın keçmiş Kəşfiyyat Təşkilatının rəhbəri Hüseyn Taib dinc etirazçıları İsraillə eyni sıraya qoyaraq, dolayısı …

Xəzərin suyunun azalması bəzi adaları quruya birləşdirir

GADTB: Xəzər dənizindəki Dağıstan respublikasına aid Nordovı adası suyun səviyyəsinin davamlı azalması səbəbindən zamanla materiklə …