Qeyri-azərbaycanlı valilərin Azərbaycana vali təyin edilməsi narazılıqla qarşılanır

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi və işğalçı fars rejimin müstəmləkəçi məqsədlə Güney Azərbaycan vilayətlərinə qeyri-azərbaycanlı valilər təyin edir. Türk düşməni olan rejimin bu işi isə Azərbaycana qarşı çox təhlükəli nəticələr yaratdığı üçün ciddi narazılığa səbəb olub. İş o yerə çatıb ki, rejimə bağlı bəzi rəsmilər də artıq narazılığa başlayıblar.

Bu məsələ ilə bağlı Təbriz, Üskü və Tufarqanın məclisdəki millət vəkili Məhəmmədhüseyn Fərhəngi açıqlama verərək deyib: “Şərqi Azərbaycan vilayətində qeyri-yerli valinin təyin edilməsi məsələsi bizi nigaran və narahat edir. Qeyri-yerli valinin təyin edilməsi məsləhət deyil.

O vilayətin millət vəkilləri birliyi ilə bağlı da deyib ki, bu birlik qeyri-müəyyən vəziyyətdədir və iyun ayından görüş keçirilməyib. İdarə heyəti də məlum deyildir.

O həmçinin qeyd edib ki, Daxili İşlər Nazirliyinin qeyri-yerli şəxsin vali təyin etməsi bir sıra problemlərə gətirib çıxarır.

Həmçinin yoxlayın

Tramp: Razılaşmaya çox yaxınıq, onlar nüvə silahına sahib olmayacaqlarını qəbul ediblər

GADTB: ABŞ Prezidenti Donald Trump İranla aparılan danışıqlarla bağlı son açıqlamasında tərəflərin razılaşmaya “çox yaxın” …

ABŞ İranın dondurulmuş aktivlərini İran tərəfindən hücuma məruz qalan körfəz ölkələrinə verməyi düşünür

GADTB: ABŞ administrasiyası İranın Küveyt və Bəhreynə qarşı son raket və dron hücumlarının vurduğu ziyanın …

Bir cavab yazın