Rejim Tehran və Ərdəbildə azərbaycanlı siyasi məhbusların bölmələrində koronavirus yaydı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimi Tehranda və Ərdəbil azərbaycanlı siyasi məhbusların saxlanıldığı bölmələrdə koronavirus yayıb. Evin zindanında həbsdə saxlanılan azərbaycanlı siyasi məhbuslar ailə üzvləri ilə telefon əlaqəsində zindanda koronavirus yayıldığını bildiriblər.

Onlar deyiblər ki, aprelin 7-də həbsxananın 4-cü bölməsinin 3-cü otağında koronavirus əlamətləri aşkarlanan bir məhbus həbsxananın poliklinikasına aparılıb, oradan da şəhərin xəstəxanasına köçürülüb.

Bununla bağlı İnsan hüquqları müdafiəçisi Rza Xəndan Twitter səhifəsində yazıb ki, 3-cü otağın məsullarından xəstəxanaya aparılan məhbusun əşyaları, o cümlədən yatağının yandırılması istənilib.

Həmin bölmədə olan azərbaycanlı siyasi məhbuslar Əlirza Fərşi, Tövhid Əmir Əmini və Kazım Səfabəxş ciddi təhlükə qarşısında olması nigaranlığa səbəb olub.

Eyni zamanda Ərdəbil zindanındada koronavirusa yoluxduğu ehtimal olunan 8-ci bölümün bir məhbusu Xəstəxanayaa köçürülüb. Tanınmış azərbaycanlı siyasi məhbus Abbas Lisaninin saxlandığı 7-ci bölmənin məhbuslarının 8-ci bölmənin məhbuslarının istifadə etdiyi bufet, salon, telefon və digər imkanlardan istifadə etdiyi üçün həmin siyasi məhbusun həyatı da ciddi təhlükə qarşısındadır.

Bundan əlavə azərbaycanlı siyasi məhbuslar Lətif Həsəni və Məhəməd Əbdulməhəmmədzadənin saxlandığı Rəcayişəhr və Təbriz zindanlarından da koronavirus təhlükəsi ilə bağlı xəbərlər gəlir.

Həmçinin yoxlayın

Sayın Mikayıl bəy Oyta rəsmi dəvətlə 11-ci ICMG Qonşuluq İftarında iştirak edib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Avstraliya-Azərbaycan Assosiasiyasının prezidenti, Güney Azərbaycan Demokratik Türk Birliyi …

ABŞ molla rejimin himayə etdiyi Yəmən husilərini bombalayıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, ABŞ Prezidenti Donald Tramp orduya Yəməndə husilərə qarşı …

Bir cavab yazın