Rejim Tehranda azərbaycanlıların “Təkderəxt” nəşriyyatının fəaliyyətinə qadağa qoydu

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejim Tehran şəhərində türk dilində kitablar çap edən “Təkderəxt” Nəşriyyatının fəaliyyətinə qadağa qoyub.

Rejim iddia edirb ki, “Təkderəxt” Nəşriyyatı Azərbaycan türkcəsində çox sayda kitab çap edib.

Azərbaycanın klassik və irfan ədəbiyyatı üzrə araşdırmaçı və yazıçı olan nəşriyyatın müdiri Ehsan Şokr Xodayi isə bildirib ki, kitablar ancaq İrşad İdarəsinin icazəsi ilə çap olunub və ona yalan ittiham irəli sürülüb.

Bundan öncə isə rejim çərşənbə axşamı günü Tehranda türk dilində kitablar çap edən məşhur “Əndişeyi No” Nəşriyyatının da fəaliyyətinə qadağa qoyub.

Həmçinin yoxlayın

Yunanıstan Türkiyə inkişafda olan müdafiə gücündən qorxuya düşüb

GADTB: Yunanıstan mediası yazıb ki, Türkiyə modernləşdirilmiş F-16 donanması, “Tayfun” tədarükü, KAAN layihəsi və güclü …

Azırbaycanlı yazıçı və tədqiqatçı dünyasını dəyişib

GADTB: Yazıçı, jurnalist və tədqiqatçı “Sahir” Ədəbi Dərnəyinin üzvü Əhməd Əsgərpur (Peyam Sarablı) dünyasını dəyişib. …

Bir cavab yazın