Rejimin yüksək vəzifəli məmurları qaça bilmək üçün ikili vətəndaşlığa malikdirlər

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejimin 100-ə qədər yüksək vəzifəli məmuru rejim süquta uğradıqda ölkədən qaça bilmək üçün ikili vətəndaşlığa malikdirlər.

rejimin parlamentinin araşdırma qrupu belə bir nəticəyə gəlib ki, ölkədə 100-ə qədər yüksək vəzifəli məmur ikili vətəndaşlığa və “Green Card”a malikdir.

Bunu İran parlamentinin deputatı və Vilayət Fraksiyasının üzvü Əbülfəz Əbuturabi deyib.

Ə.Əbuturabinin sözlərinə görə, bu siyahıda istər islahatçı, istərsə də mühafizəkar siyasi dairələrə mənsub məmurların adları var:

“Təəssüflər olsun ki, ikili vətəndaşlıq İran üçün ciddi problemdir. Çünki rəqib ölkələrin İrana nüfuz etmək üçün ən optimal yolu həmin ikili vətəndaşlığı olan şəxslərdir”.

 

Həmçinin yoxlayın

Marağada yanğın zamanı 13 yanğınsöndürən xəsarət alıb

GADTB: Dünən Marağa sənaye şəhərciyində yerləşən mühərrik yağı istehsalı zavodunda baş verən genişmiqyaslı yanğın tam …

Molla rejimi körfəzdən keçən gəmilərdən qazanc məqsədilə Hörmüz boğazı üçün “Hormuz Safe” sığorta saytını açıb

GADTB: İran Hörmüz boğazından keçən gəmilər və dəniz yükləri üçün nəzərdə tutulmuş yeni ixtisaslaşmış sığorta …

Bir cavab yazın