Çərşənbə axşamı , May 19 2026
azfa

Rusiya Ukrayna ilə sərhədyanı bölgədən qoşunlarını geri çəkməyə başlayır

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Rusiya Ukrayna ilə sərhədyanı bölgədən qoşunlarının bir hissəsini geri çəkməyə başlayır.

Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Qərb və Cənub hərbi dairələrinin bölmələri təlimlərdən sonra öz bazalarına qayıtmağa başlayır.

“Döyüş hazırlığı tədbirləri yekunlaşdıqca qoşunlar həmişə olduğu kimi, daimi dislokasiya məntəqələrinə kombinə edilmiş yürüşlər edəcəklər. Cənub və Qərb hərbi dairələrinin bölmələri tapşırıqları yerinə yetirərək artıq dəmir yolu və avtomobil nəqliyyatına yüklənməyə başlayıb və bu gündən öz hərbi qarnizonlarına hərəkətə başlayacaqlar”, – nazirlikdən vurğulanıb.

Qeyd edək ki, Rusiya Ukraynanı işğal məqsədilə yüz mindən qoşunu Ukrayna sərhədlərinə yürləşdirmişdi. Son anda Rusiyanın Ukraynanı işğal fikrindən geri çəkildiyi güman edilir.

Həmçinin yoxlayın

İran ABŞ Hərbi Hava Qüvvələrinin uçuş taktikalarını təhlil edib və mümkün zərbəyə hazırlaşır

GADTB: “The New York Times” ABŞ rəsmilərinə istinadən xəbər verir ki, İranın hərbi komandanlığı Vaşinqtonun …

Təxminən 3 min yük maşını 20 gündən çoxdur Türkiyə sərhəddində çıxış növbəsində qalıb

GADTB: Hazırda təxminən 3 min yük maşınının 20 gündən artıqdır ölkədən çıxış üçün sərhəd keçid …