Bazar ertəsi , Mart 24 2025
azfa

Rusiyanın İran-Ermənistan dəmir yolunun tikintisi məsələsi populist bəyanatdır

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Ermənistan rəhbərliyi populist bəyanatlara üstünlük verməklə vaxt udmağa çalışır. Bu sözləri Azərbaycanın keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov deyib.

“Ermənistan rəhbərliyi populist bəyanatlara üstünlük verməklə vaxt udmağa çalışır. Bu da özlüyündə Dağlıq Qarabağ məsələsinin həllini çətinləşdirir. Ancaq reallıqda ermənilər müharibədən çox ciddi şəkildə ehtiyat edirlər və bunun reallaşa biləcəyindən narahatdırlar. İrəvanın əsas marağı danışıqlar prosesinə dair hansısa gözləntilərin formalaşdırılmasından ibarətdir. Ermənistan Azərbaycanla real danışıqlara hazırdırsa, onda ilk növbədə öz daxili ictimaiyyəti üçün fərqli siqnallar, bəyanatlar verməlidir. Ancaq onların bəyanatları reallıqdan çox uzaqdır”, – T.Zülfüqarov bildirib.

Sabiq nazir hesab edir ki, hazırda dünyada baş verən geosiyasi proseslər də Dağlıq Qarabağ probleminin həllinin yubanmasına səbəb olur:

“İran problemi getdikdə daha da kəskinləşir, eyni zamanda, Rusiyaya qarşı sanksiyalar və təzyiqlər də genişlənir. Bu fonda əlbəttə ki, regionda böyük nüfuza malik olan ölkələrin münaqişəli problemlərlə məşğul olmağa imkanları və həvəsi azalır. Erməniləri də narahat edən elə məhz bu məsələdir. Çünki onlar başa düşürlər ki, Rusiya artıq Ermənistana öz marağını itirir. Ona görə də öz işğalçı siyasətlərini hansısa şəkildə davam etdirməyin yollarının axtarışındadırlar. Bu da regionda olan ümumi böhranın bir örnəyi, versiyası kimi qəbul olunmalıdır. Əgər Ermənistan münaqişənin həllini istəyirsə, ilk növbədə onun təbliğatını dəyişməli, ictimaiyyətə populist şüarlar verməkdən vaz keçməlidir. Təəssüf ki, hələ bu baş vermir”.

Qeyd edək ki, Rusiya tərəfi İran-Ermənistan dəmir yolunun tikintisi məsələsi üzrə işlərə başlayıb. Bu marşrut həm quru yol, həm də dəmir yolu nəqliyyatını nəzərdə tutur.

Həmçinin yoxlayın

Qorxuya düşən molla rejimi ABŞ-la barışıq üçün terrorçularını sakitliyə çağırıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, ciddi təhlükə hiss edən molla rejimi ABŞ-la barışıq …

Avstraliya Azərbaycan Assosiasiyası və Güney Azərbaycan Demokratik Türk Birliyi Yaz bayramı şənliyi təşkil ediblər- Şəkil

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, bu gün mart ayının 23-də Avstraliya Azərbaycan Assosiasiyası …

Bir cavab yazın