Çərşənbə axşamı , May 19 2026
azfa

Sanksiyalara görə İran adlanan ölkəni daha bir neçə şirkət tərk etdi

GADTB-nin Mətbuat Mərkəzinin əldə etdiyi məlumata görə, iri gəmiçilik şirkətləri ABŞ-ın sanksiyalarının bir neçə ay sonra qüvvəyə minəcəyinə rəğmən, artıq indidən İran adlanan ölkəyə məxsus yüklərin daşınmasından imtina etməyə başlayıb. Bu barədə məlumatı “ Vol Strit Jurnal” qəzeti yayıb.

İrandan üz döndərən şirkətlər arasında Danimarkanın “Maersk Layn” və İsveçrənin MSC şirkətlərinin yer aldığını bildirilib.

“İnanmıram ki, hansısa şirkət İranla çalışmaq istəyəcək. Əgər sanksiyalar işə düşsə, bütün gəmiçilik şirkətləri Tehrandan üz çevirəcəklər”, – deyə “Maersk Layn”ın baş direktoru Soren Skou deyib.

“Vol Strit Jurnal”ın iddiasına görə, ABŞ sanksiyaları ucbatından tanker sahibləri də əziyyət çəkəcəklər. Belə ki, artıq indidən onlar digər regionlara öz gəmilərini göndərməyə başlayıblar:

“İranın tanker daşımalarından kənarda qoyulması şirkətlərə güclü təsir göstərəcək. Ən azından İran beşinci ən böyük neft istehsalçısıdır. Tehran aprel ayında rekord həcmdə – sutkada 2,6 milyon barrel neft ixrac edib. İxrac edilən məhsul daha çox Hindistan, Çin, Cənubi Koreya və Yaponiyaya daşınıb. Sanksiyalardan sonra Çin gəmiçilik şirkətləri tədarükün iki dəfədən çox azalacağını düşünürlər”.

Həmçinin yoxlayın

İranın səbəb olduğu neft fəlakəti Xargdan Küveytədək körfəzdə dəniz canlılarını məhv edir

GADTB: Neft sızmaları və geniş yayılmış çirklənmə artıq İran sularını aşaraq, sosial şəbəkələrdə yayılan görüntülərə …

Ərəb ölkələri Təhlükəsizlik Şurasında Hörmüz boğazının təhlükəsizliyi ilə bağlı yeni qətnamə irəli sürür

GADTB: Körfəz ölkələri son hadisələr fonunda Hörmüz boğazında gəmiçilik azadlığı ilə bağlı qətnamə layihəsini Birləşmiş …

Bir cavab yazın