Şimali Azərbaycanın Qəbələ şəhəri islam turizm paytaxtı seçilib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Banqladeşin paytaxtı Dəkkə şəhərində keçirilən İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin Turizm Nazirlərinin 10-cu Konfransında Azərbaycan da təmsil olunur.

Mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədovun rəhbərlik etdiyi nümayəndə heyətinin iştirakçı ölkələrin nümayəndələri ilə apardığı danışıqlar nəticəsində konfrans zamanı Qəbələ şəhəri 2020-ci il üçün İƏT-in “Turizm paytaxtı” seçilib.

Bu barədə təşkilatın “Twitter” səhifəsində məlumat verilib.

Bu barədə qərar İslam Əməkdaşlıq Təşkilatı (İƏT) turizm nazirlərinin Banqladeşin Dəkkə şəhərində keçirilən 10-cu konfransında verilib.

İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Turizm Nazirlərinin 11-ci Konfransının Azərbaycanın sədrliyi ilə 2020-ci ildə Qəbələdə keçirilməsi qərara alınıb. Həmçinin ölkəmiz İƏT Turizm Koordinasiyası Komitəsinə üzv seçilib.

Həmçinin yoxlayın

Urmiya gölünün səviyyəsinin ötən illə müqayisədə artdığı iddia edilir

GADTB: Şərqi Azərbaycan Regional Su Şirkətinin baş direktoru və Urmiya Gölünün Bərpası Qərargahının üzvü Yusif …

“Nyu-York Tayms”: Tramp İranla razılaşma üçün irəli sürülən şərtləri sərtləşdirib

GADTB: “Nyu-York Tayms” qəzetinin yaydığı məlumata görə, ABŞ Prezidenti Donald Tramp İranla müharibənin başa çatdırılması …

Bir cavab yazın