Bazar ertəsi , Oktyabr 12 2026
azfa

Sulduzda yerli əhali terrorçu kürdlərin hücumu və iğtişaşına qarşı etiraza qalxdı-Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın Sulduz şəhərində terrorçu və mühacir kürdlərin hücumu və törətdiyi iğtışaş yerli əhalinin etirazına səbəb olub.

Əldə edilən məlumata görə, terrorçu kürd təşkilatlarından Kürdüstan Demokrat Partiyasının üzvləri və havadarları Sulduz şəhərində şəxsi zəmində baş verən münaqişəni bəhanə edərək bu Azərbaycan şəhərinə hücum edib və iğtişaş törətməyə başlayıblar.

İğtişaş törədən mühacir və terrorçy kürdlər “Nəqədə Kürdüstandır” şüarları səsləndirib və şəhərin millət vəkilinin qarşı ifadələr işlədiblər.

Terrorçu kürdlərin törətdiyi iğtişaşlar zamanı bir neçə nəfərin xəsarət aldığı bildirilir. 

Terrorçu kürdlərin şəhərə hücumuna qarşı Sulduzda yerli Azərbaycan türkləri etiraz mitinqi keçiriblər. Onların kürdlərin Azərbaycanın ərazi bütövlüyünə qarşı qəsdi pisləyərək bu istiqamətdə şüarlar səsləndiriblər.

Həmçinin yoxlayın

BMT-nin xüsusi məruzəçisi İranda edamlara etiraz olaraq məhbusların aclıq aksiyasına qoşulur

GADTB: BMT-nin dinc toplaşmaq və birləşmək azadlığı üzrə xüsusi məruzəçisi Cina Romero oktyabrın 13-də, çərşənbə …

Azərbaycanlı fəal Peyman Kərimpurun adına üç yeni elektron məhkəmə bildirişi yerləşdirilib

GADTB: Son günlərdə azərbaycanlı fəal Peyman Kərimpurun elektron məhkəmə bildirişləri sistemindəki şəxsi hesabına üç yeni …