Çərşənbə axşamı , May 26 2026
azfa

Sulduzlu türk fəallar Həsəninin büstünün şəhərə qoyulması tələbi ilə kampaniyaya başlayıblar

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, sulduzlu türk fəallar teleqram sosial şəbəkəsində kampaniyaya başlamaqla molla Həsəninin büstünün Sulduz şəhərinin əsas meydanlarından birinə qoyulmasını istəyiblər. Onlar öz tələblərini Urmiyanın keçmiş imam cüməsi molla Həsəninin 1979-cu ildə Sulduzda kürdlərin Azərbaycan türklərini soyqırıma məruz qoyanda müdafiə təşkil etməsi ilə əsaslandırırlar.

Şəhərin məsuları, xüsusilə şəhərin icra başçısı Murtəza Fəramərzinin həmin büstün külli miqdarda xərc tələb etdiyini bəhanə gətirərək, azərbaycanlı fəalların tələbini rədd etdiyi bildirilir. Lakin bu bəhanədir və hətta Sulduzlu məşhur heykəltəraş İsfəndiyar Muradpur ucuz qiymətə yaxşı keyfiyyətlə hazırlaya biləcəyini bildirib. Çünki, Sulduzun icra başçısı Murtəza Fəramərzinin kürd millət vəkili Əbdülkərim Hüseynzadənin himayəsi ilə vəzifəyə gəldiyi üçün kürdlərin tərəfini saxladığı söylənilir.

Həmçinin yoxlayın

Tramp: İranla danışıqlar yaxşı irəliləyir, İran İbrahim Razılaşmalarına qoşulacaq

GADTB: Donald Trump İranla aparılan danışıqların müsbət istiqamətdə davam etdiyini bildirib və mümkün razılaşmanın region …

Azərbaycanın tanınmış şairəsi Həmidə Rəiszadə (Səhər) vəfat edib

GADTB: Azərbaycanın tanınmış şairəsi Həmidə Rəiszadə 74 yaşında İsveçin Malmö şəhərində vəfat edib və qürbətdə …

Bir cavab yazın