Təbriz dağçıları: Bizim üçün hər yer Babək qalasıdır

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejim Babək Qalası Qurultayına mane olmaq məqsədilə bu qalanın yollarını bağlamışdır. Rejimin  Babək qalası yollarını bağlamasına etiraz olaraq Təbriz dağçıları Azərbaycan dağlarında üzərində “Hər yer bizə Babək qalasıdır”, eləcə də Babək qalası və  Abbas Lisaninin şəkli həkk olunmuş plakardı açıb və rejimə öz etirazlarını bildirmişlər.

Qeyd edək ki, Azərbaycanın milli qəhrəmanı Babəkin doğum günü münasibətilə hər il minlərlə aərbaycanlı Babək Qalası Qurultayı təşkil edib və müxtəlif mədəni mərasimlər keçirirdilər. Qurultayın keçirilməsinə mane olmaq məqsədilə irqçi fars rejim neçə ildir ki, Kəleybər şəhərinin yollarını bağlayır. Nəticədə gənclərin qalaya getməsi mümkünsüz olub.

Ona görə də azərbaycanlı dağçılar simvolik olaraq aşağıda göstərilən plakardı açmaqla  rejimə öz etirazlarını bildirmişlər. Plakarda yazılıb:

“Bir gün azadlığın əlbət səsi ellərdə gələr

Sarayın qanlı, itən örgütü sellərdə gələr.

Sən kimin qeyrəti sonsuz, adı dillərdə gələr,

Onda hər kəs bizə taydır açacaq qol qanadın,

Hən, o gün səslənəcək yer göy Azərbaycan adın”.

Həmçinin yoxlayın

Tramp: Tələblərimizin 100 faizinə nail olmasaq, İranla genişmiqyaslı müharibə qaçılmaz olacaq

GADTB: ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, əgər administrasiyası İranla aparılan danışıqlarda qarşıya qoyduğu …

Şərqi Azərbaycan adının rəsmi bannerdə ixtisar edilməsi etiraz doğurdu

GADTB: Şərqi Azərbaycan Vilayəti Dövlət Təzirat Baş İdarəsinə aid olduğu bildirilən bannerdə rəsmi “Şərqi Azərbaycan” …

Bir cavab yazın