Təbrizdə 26 Azər mədəni soyqırım günü ilə bağlı uşaqlara türk dilində kitablar paylanıldı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, azərbaycanlı milli-mədəni fəallar Pəhləvi rejiminin 26 Azərdə türkcə kitabları yandırmaqla Güney Azərbaycanda mədəni soyqırım törətdiyi münasibətilə Təbrizdə uşaqlara türk dilində kitablar payladılar.

Aszərbaycanlı fəallar uşaqlar və yeniyetmələr çox sayda türk dilində nəşr olunan kitablar paylamaqla, fars şovinistləri tərəfindən türkcə kitabların yandırılması və Azərbaycana qarşı mədəni söyqırımın törədilməsinə etirazlarını bildiriblər.

Bu aksiya ilə azərbaycanlı milli fəalalr azərbaycanlı uşaqları ana dilində kitablar oxumağa həvəsləndirmək və qeyri-fars millətlərin dillərinə qarşı düşmənçilik siyasətinin pisləmişlər.

Qeyd edək ki, 1946-cı ildə İran rejiminin qoşunları Azərbaycana hücum edib və yenidən Azərbaycanı işğal etdikdən sonar Azərbaycan şəhərlərində soyqırım törədiblər. Onlar həmçinin dekabrın 17-də türk dilində nəşr olunan dərslik və kitabları kütləvi şəkildə yandırmaqla həmçinin mənəvi soyqırım törədiblər.

Həmçinin yoxlayın

Marağada yanğın zamanı 13 yanğınsöndürən xəsarət alıb

GADTB: Dünən Marağa sənaye şəhərciyində yerləşən mühərrik yağı istehsalı zavodunda baş verən genişmiqyaslı yanğın tam …

Molla rejimi körfəzdən keçən gəmilərdən qazanc məqsədilə Hörmüz boğazı üçün “Hormuz Safe” sığorta saytını açıb

GADTB: İran Hörmüz boğazından keçən gəmilər və dəniz yükləri üçün nəzərdə tutulmuş yeni ixtisaslaşmış sığorta …