Çərşənbə , Avqust 12 2026
azfa

Təbrizdə Azərbaycan Dəmiryolu Şirkətinin işçiləri etiraz yürüşü keçirdilər

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Təbrizdə Azərbaycan Dəmiryolu Şirkətinin yüzlərlə işçisi bir neçə gün öncədən keçirdikləri etiraz mitinqinin davamında şəhərin küçələrində etiraz yürüşü keçirdilər. İşçilərin əmək haqlarının verilməməsinə etiraz edirlər.

Bundan öncə isə Təbrizin Dəmiryolu Vağzalında etiraz mitinqi keçirən Azərbaycan Dəmiryolu İşçiləri gecəni vağzalda yatıblar.

Azərbaycan Dəmiryolu Şirkətinin işçiləri əmək haqqılarının aylarla verilməməsi və s. səbəblərə görə bir həftədir etirazdadırlar.

Qeyd edək ki, Azərbaycan Dəmiryolunun işçilərinin etirazları Salmas bölgəsində başlayıb, etirazlar qısa müddətdə Təbriz, Sofian, Əcəbşer, Mərənd və Şəfaxanaya qədər yayılıb.

Etiraza qatılan işçilər əmək haqları ödənilməyənədək etiraza davam edəcəklərini bildiriblər.

 

Həmçinin yoxlayın

Təqaüdçülər Güney Azərbaycan şəhərlərində etiraz aksyası keçiriblər

GADTB: Güney Azərbaycanın Həmədan və Təbriz şəhərlərində İran Telekommunikasiya Şirkətinin təqaüdçüləri ənənəvi həftəlik etiraz aksiyası …

ABŞ və İranın 60 günlük atəşkəsin uzadılmasına razılaşdığı bildirilir

GADTB: Bu gün ABŞ və İranın 60 günlük atəşkəsin uzadılması barədə razılığa gəldiyi bildirilib. Bununla …

Bir cavab yazın