Bazar ertəsi , Oktyabr 26 2026
azfa

Təbrizdə Urmiya gölünün qurudulmasına qarşı etiraz aksiyası

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, Güney Azərbaycanın mərkəzi Təbrizdə azərbaycanlı milli fəallar Urmiya gölünün molla rejimi tərəfindən qəsdən qurudulmasına etiraz əlaməti olaraq yüzlərlə posterlər paylanıldı.

Yayılan posterlərdə aşağıdakı sözlər yazılıb:

 18“ milyard kubmetr suyu bəndlərin arxasına bağladılar və dedilər: “Su yoxdur!”;

“Ən böyük cihad odur ki, zalımın qarşısında durub ona səhv etdiyini söyləyəsən”;

“Urmiya gölü yaşamaq üçün döyüşür”;

“Urmiya gölünün qəsdən qurudulması və səlahiyyətlilərin səhlənkarlığı Azərbaycan millətinin məhvinə bərabərdir”;

“Urmiya gölünü xilas et”.

Qeyd edək ki, molla rejiminin Güney Azərbaycanda törətdiyi ekoloji fəlakətlə bağlı ictimaiyyəti məlumatlandırmaq və Urmiya gölünün acınacaqlı durumunu vətəndaşların və beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmaq məqsədilə “#Urmu_Araz_Üçün_Birlik” həştəqi altında kampaniyaya start verilib.

Bununla yanaşı müxtəlif aksiyalarla da rejimin Urmiya gölünü qurutmasına qarşı etirazlar baş verir.Ekofəallar bütün azərbaycanlıları gölün məhv olmasının qarşısının alınması məqsədilə kampaniyaya qoşulmağa, Tehran hakimiyyətinin Azərbaycanın təbiət incisini məhv etməsinə imkan verməməyə çağırıblar.

Həmçinin yoxlayın

İran-ABŞ arasında vasitəçilik üçün Qətər nümayəndə heyəti Tehrana gedib

GADTB: “Al Araby Al Jadeed” nəşri xəbər verib ki, İran və ABŞ arasında vasitəçilik səyləri …

Mossadın keçmiş rəhbəri: Müharibədən həftələr əvvəl İranın içərisində onlarla agentimiz vardı və heç biri həbs olunmadı

GADTB: Mossadın keçmiş rəhbəri David Barnea bildirib ki, bu təşkilat 1404-cü ilin xordad ayında başlanan …