Tanınmış azərbaycanlı türkoloq alim Hüseyn Məhəmmədzadə Sədiq vəfat edib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, tanınmış azərbaycanlı alim, dilçi və türkoloq Hüseyn Məhəmmədzadə Sədiq (Düzgün) avqustun 24-ü səhər saatlarında Tehranda vəfat edib.

Bundan öncə iyunun 4-də azərbaycanlı alim beyin infarktı keçirdiyi üçün Tehranın “Şəriəti” xəstəxanasına yerləşdirilmiş və iyunun 9-da xəstəxanadan evə buraxılmışdı.

1945-ci ildə Təbrizdə anadan olan Hüseyn Məhəmmədzadə Sədiq müxtəlif dövrlərdə siyasi, ədəbi və ictimai fəaliyyətlə məşğul olub.

O, 1979-cu il inqilabından sonra müxtəlif ədəbi nəşrlərin, o cümlədən türkcə buraxılan “Yoldaş” dərgisinin baş redaktoru olub.

İnqilabın ilk illərindən sonra ağır siyasi başqılar nəticəsində Hüseyn Düzgün siyasi fəaliyyətlərini dayandırıb və ədəbi-mədəni fəaliyyətlərlə məşğul olub.

Hüseyn Məhəmmədzadə Sədiq Tehranda türk dilinin öyrədilməsi üçün kurslar açıb, çox sayda gənc və yeniyetmənin ana dilini öyrənməsində böyük rolu olub.

Azərbaycanlı alim həmçinin Kaşğarlı Mahmudun “Divani Lüğat-it Türk” əsərini tərcümə edib.

O həmçinin Füzulinin və Azərbaycanın onlarla klasik şairinin əsərlərini nəşrə hazırlamışdı. 

Özbəkisatn dövləti azərbaycanlı alimə türk dili və ədəbiyyatı və ümumiyyət türkologiya sahəsindəki araşdırmalarına görə “Əmir Əlişir Nəvayi” mükafatını vermişdir.

Həmçinin yoxlayın

Avropa Birliyi ölkələri Türkiyədən PUA alır

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyənin PUA sənayesi …

Ermənistanın konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları olmamalıdır

GADTB: Azərbaycan Prezidentinin də qeyd etdiyi kimi, Ermənistanın konstitusiyası dəyişməlidir, çünki orada Azərbaycana qarşı birbaşa …