Tehranda “Aşıq Qərib” adına Beynəlxalq Aşıq Festivalı keçiriləcək

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə,  Tehran şəhərində dekabr ayının 10-da “Aşıq Qərib” adına Beynəlxalq Aşıq Festivalı keçiriləcək. Türk Dünyasının, xüsusilə Azərbaycanın milli musiqi sənəti olan aşıq musiqisinin biliciləri müxtəlif ölkələrdən həmin festivala qatılacaq. İki gün davam edəcək festivalda Azərbaycan Respublikasını Xırdalan şəhər onbirillik musiqi məktəbinin saz ixtisası üzrə müəllimi Elxan Cəlilov təmsil edəcək.

Tehranda keçiriləcək “Aşıq Qərib” adına Beynəlxalq Aşıq Festivalına Güney Azərbaycan və Quzey Azərbaycanla yanaşı Türkiyə və Gürcüstandan olan saz ifaçıları da qatılacaq.

Həmçinin yoxlayın

Marağada yanğın zamanı 13 yanğınsöndürən xəsarət alıb

GADTB: Dünən Marağa sənaye şəhərciyində yerləşən mühərrik yağı istehsalı zavodunda baş verən genişmiqyaslı yanğın tam …

Molla rejimi körfəzdən keçən gəmilərdən qazanc məqsədilə Hörmüz boğazı üçün “Hormuz Safe” sığorta saytını açıb

GADTB: İran Hörmüz boğazından keçən gəmilər və dəniz yükləri üçün nəzərdə tutulmuş yeni ixtisaslaşmış sığorta …

Bir cavab yazın