Çərşənbə , Avqust 26 2026
azfa

Tehranda irqçi farslar sərgidə Azərbaycan türkcəsində kitab pavilionuna hücum ediblər

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Tehranda keçirilən kitab sərgisində irqçi farslar türkcə kitab povilionuna hücum ediblər. Azərtürk nəşriyyatının buraxdığı kitabların sərgisinə hücum edən irqçi farslar pavilionun tablosundan da türk sözünü pozmuşlar və hədə-qorxu gələrək, Azərbaycan türklərinin türk yox azəri (farsın bir qolu kimi) olduğunu bildiriblər.

İrqçi paniranistlər kitab sərgisində ixtişaş törədərək, türk dilində olan kitab pavilionunda türkləri təhqir ediblər. Rejimin polis qüvvələri isə qəsdən irqçi farsların təxribatı və dələduzluğuna ancaq sakitcəsinə nəzarət edib, qətiyyən müdaxilə etməyiblər.

Həmçinin yoxlayın

Molla rejimi İrandakı yoxsulluqla bağlı statistikanı açıqlamaqdan imtina edib: “Təhlükəsizlik qadağası var”

GADTB: Hökumət sözçüsü Fatimə Mühacirani videomüsahibəsində İranda yoxsulların sayının nə qədər olması ilə bağlı suala …

Tramp: İran İslam Respublikası etirazçılara pulemyot və snayperlərlə atəş açır

GADTB: ABŞ Prezidenti Donald Tramp çərşənbə günü Qlen Bekin radio proqramına müsahibəsində İrandakı etirazlarla bağlı …

Bir cavab yazın